Ukrayna Krıma hücum etsə, Rusiya Belarusla cavab verəcək 

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti artıq 4 aya yaxındır ki, davam etməkdədir. Putinin terrorçuları demək olar ki, Ukraynanın şərqini tam işğal etmək üzrədirlər. Ara – sıra Ukrayna ordusu taktiki dəyişiklər edərək geri çəkilirlər, lakin bu taktika böyük can bahasına başa gəlir.

Qərb son bir neçə həftə ərzində rəsmi Kiyevə ağır silahlar verməyə davam etmişdir. Bu gün hələ də o silahların tədarükü davam etməkdədir. Görünür, Ukrayna ordusu yaxın günlərdə çoxlu sayda əsgər və hərbi texnika toplayaraq geniş əks – hücuma keçmək fikrindədir.

Qərbin verdiyi 300 kilometrdən çox uçan raket kompleksləri Ukrayna ordusuna imkan verir ki, Rusiya işğalçılarının arxa cəbhəsinə ağır zərbələr vursun. Əsasən də uzun mənzilli yaylım atəş silahları rəsmi Kievə hava, su kimi lazımdır.

Əgər Ukrayna yaxın günlərdə əks – hücuma keçsə, ilk hədəfi Krım yarımadası və körpüsü olacaqdır. Çünki cənub istiqamətində Putinin ən çox ordu yığdığı yerlərdən bir Krımdır.
Məsələ burasındadır ki, rəsmi Kiyev bunu etsə, şimal istiqamətində Belarus ordusu Ukraynaya hüçum edəcəkdir.

Bu yaxınlarda Vladimir Zelenski və onun generallarının verdiyi Krım açıqlaması rəsmi Minski hərəkətə keçirmişdir. Putin Zelenskiyə Krımın cavabı olaraq Belarus ərazisindən Kiyevə zərbə endirmək və yaxud hücum etməklə cavab vermək istəyəcəkdir.

Digər tərəfdən Putin şimaldan və cənubdan Kiyev xətti boyu Ukraynanın bir hissəsini dairəvi işğal etməklə Zelenski hakimiyyətini təslim olmağa məcbur etmək istəyir.

Beləliklə, son günlər Aleksandr Lukaşenko ordusunu Ukrayna ilə sərhəddə toplaması Putinin planının bir hissəsi kimi qeyd edilir. Hər şey Zelenskinin təşkil etdiyi əks- hücumlardan asılı olacaqdır. Putin bu zaman Belarus üzərindəki planını işə sala bilər. Hələlik ağır döyüşlər gedir, hər iki tərəf böyük itkilər verməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın