Ukrayna “Bayraktar”larla separatçıları vurdu, Rusiya isə Türkiyəyə etiraz etdi

 

Ukrayna mətbuatının yaydığı xəbərə görə, Rusiyanın işğalında olan Donetskdə separatçılarla qızğın döyüşlər baş vermişdir. Məlumatda deyilir ki, Rusiyalı separatçılar böyük çaplı toplarla Ukrayna ordusunu hədəfə almışdır. Lakin çox keçmədən Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatları havaya qalxır və separatçıların mövqelərini susdurmağa başlayır. Kadrlarada görünür ki, Ukrayna “Bayraktar”larla hədəfi bilərəkdən kənardan vuraraq, separatçılara xəbərdarlıq etmişdir. Bu gedişi isə, bir növ xəbərdarlıq kimi qiymətləndirə bilərik.

Əsas məsələ isə, qarşıdadır. Hərbçilər yaxşı bilir ki, döyüş topları hər zaman sərhəddən 10-20 kilometr uzaqlıqda olur. Kadrlarada da, aydın görünür ki, böyül mm-lik topları “Bayraktar” asanlıqla cəbhənin dərinliklərinə daxil olaraq məhv edə bilir. Aydın olur ki, “Panser,”, “S- 125”, “S-300” və s rus hava müdafiə sistemləri “Bayraktar” qarşısında acizdir. Ukrayna və Rusiya arasında vəziyyətin getdikcə ağırlaşdığını görürük.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, bu hadisə ilə bağlı Türkiyəyə öz etirazını bildirib. O: “Türkiyənin bu əməli bizi qorxudur, iki dövlət arasında etibarlı tərəfdaşlığa ziyan vurur”,- deyə qeyd edir.
Müharibə başlayarsa, Qarabağda olduğu kimi, Ukraynada Donbas və Krımda rus hərbi texnikalarını məhv edə bilər. Hələlik hər iki tərəf ehtiyatlı hərəkət etməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın