Ukrayna bölünə bilər, Kiyevin solu Qərbin, sağı Rusiyanın

 

Hörmətli oxucular, Rusiya Ukraynanın işğalını üç gündür ki, davam etdirir. Deyə bilərik ki, işğalçı rus ordusu Belarus sərhədlərindən Kiyev yaxınlığına irəliləməyə müvəffəq olub. Aldığımız xəbərə görə paytaxt Kiyevin şimal və şimal – qərb istiqamətində işğalçılar, diversant qrupu şəklində mövqelərini möhkəmləndirməyə çalışırlar. Buna cavab olaraq Ukrayna ordusu və xalqı işğalçılara qarşı qəti mübarizə apararaq küçə döyüşləri aparmaqdadırlar. Döyüşlərin getdiyi digər şəhərlərdə isə, yerli ordu qəhrəmanlıq nümayiş etdirir.

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirmişdir. O, Ukraynanın neytrallığını təmin etməklə sülh bağlamağı təklif etmişdir.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinin Ukrayna ilə danışıqlar aparmağa razılıq verdiyini bildirmişdir. Hətta nümayəndə heyətinin Minsk şəhərinə göndərildiyi barədə məlumat yayılmışdır.
Bir sözlə, hələlik danışıqlarda kimin nə tələb edəcəyi barəsində dəqiq məlumat yoxdur.

Digər tərəfdən isə, rus işğalçılarının Kiyevə ağır silahlarla girilməsinin qarşısını almaq üçün, paytaxt ətrafındakı strateji yol və onları birləşdirən körpülər yerli ordu tərəfindən partladılmışdır. Hələlik ölkənin şimal, cənub və şərq hissəsində qızğın döyüşlər getməkdədir. Rus işğalçıları qanadlı uzaq mənzili və dağıdıcı silahlardan istifadə etməkdədirlər.

Bu arada Vladimir Zelenskinin daha bir video- müraciəti yayılmışdır. O, Qərbin ona yalnız sözdə kömək etdiyini, real hərbi köməyin edilmədiyindən gileylənmişdir. Bir sözlə, NATO və Amerika Ukraynaya hərbi güc göndərmədiyindn təəssüfləndiyini vurğulamışdır.

Ukraynada vəziyyət bundan sonra necə olacaqdır?.
Fikir versəniz, Qərb Ukraynaya açıq şəkildə hərbi dəstək vermir. Görünür, bu gün baş verənlər hamısı Amerikanın planı əsasında gedir. Müharibədən bir həftə əvvəl Rusiyanın hücum edəcəyi yerləri NATO nümayəndələri dəqiqliklə qeyd etmişdilər. Niyə müdaxilə olmadı?. Əsl məsələ burdadır.
Amerika prezidenti Co Bayden Rusiyaya qarşı dağıdıcı sanksiyalar hazırladıqlarını qeyd etmişdi. Onlar bildirmişlər ki, Rusiyanın çöküşünün başlandığı sanksiyaları tətbiq edəcəklər.
Deyə birərik ki, bir neçə gündür ki, sanksiyalar üzündən rus valyutası (rublu) dollar və avroya nibətədə öz dəyərini itirməyə başlamışdır.

Digər tərəfdən isə, NATO bu müharibədə Rusiyanın döyüş taktikasını öyrənməyə çalışır. Alyans gələcəkdə döyüş taktikalarından əlavə, silahları da analiz etmək istəyəcəkdir. Bu gün dünyada NATO və Rusiya ordusu bir – birinə qarşı prinsipiallıqları ilə seçilirlər. Buna görə də Qərbin bu müharibədə öyrənəcəyi çox şeylər var.

Sonda sizlərə Rusiya və Ukrayna arasında olan müharibənin nəticələrinə aid, bir fikir söyləmək istərdim. Əgər danışıqlar baş tutsa, Kiyevin şərqi Rusiyaya, qərbi isə Amerikaya tabe olacaqdır. Bununla da Ukrayna ikiyə bölünəcəkdir.
Putin isə, törətdiyi əmələ görə xalq qarşısında cavab vermiş olacaqdır. Çünki Rusiyaya tətbiq edilən sanksiyalara daxili əhali tab gətirə bilməyəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın