Uşaq pulu olmayan ölkədə, tətil pulu 700 manat verilir

 

Azərbaycan Milli Məclisinin deputatları yeni il tətilindən qayıdan kimi, dövlət büdcəsindən hər birinə 700 manat pul ödənilmişdir. İllərdir ki, bir işə yaramayan millət vəkilləri, niyə? hər tətil zamanı bu qədər pul almaqdadırlar. Kimsə deyə bilər ki, bu günə qədər Milli Məclisdə xalqın xeyrinə bir qərar qəbul edilmişdir? Lakin Qarabağ döyüşlərində şəhid və qazi zirvəsinə ucalanlar o, şəxslərdir ki, bu günə qədər dövlər tərifndən bir qəpik də olsun yardım görməmişdirlər. Kimsə “millət vəkilləri” nin övladlarının şəhid və yaxud qazi olduğunu gördümü? Əsla, xeyir!

Amma uşaq pulu vermək istəməyən “millət vəkilləri” , niyə özləri üçün tətil pulu alırlar?. Üstəlik də hələ deputatlar aldığı maaş və tətil puluna narazılıq edirlər. Görünür, İlham Əliyevin sifarişi ilə seçilən parlament üzvləri Milli Məclisə gəlir mənbəyi kimi baxırlar.
Dəqiq deyə bilərik ki, deputatların hamısının özlərinə məxsus böyük biznes şəbəkələri vardır. Əsasən də aldıqları rüşvət vasitəsilə xarici ölkələrdə böyük bizneslər qurmaqdadırlar.

Maraqlısı budur ki, xalq tərəfindən seçilməyən “millət vəkilləri” 100 manat uşaq pulu ödəmək üçün qanun layihəsini Milli Məclisə təqdim etmək istəmirlər. Lakin 700 manat bayram münasibətilə verilən tətil pullarına narazılıq edirlər.

Həqiqətən, İlham Əliyev və hakimiyyətində olan məmurlar yalnız özlərindən başqa heç kimi düşünmək istəmirlər. Səbəbi isə, belədir: rəhbərin sifarişi budur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın