Turkiyə və Amerika arasında buzlar əriməyə doğru gedir

 

Türkiyə ptezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi İbrahim Kalın və Amerika prezidenti Con Baydenin köməkçisi Jake Sullivian arasında görüş baş tutmuşdur. Hər iki tərəf yaxın vaxtlarda münasibətlərin yaxınlaşmasında maraqlı olduqlarını bildirmişlər. Bu görüşdə əsas müzakirə obyekti Suriya, Liviya, mərkəzi Asiya, Dağlıq Qarabağ olmuşdur.Həmçinin bir sıra dünyəvi məsələlər də müzakirə edilmişdir. Amerika prezidentinin sözçüsü Türkiyəni dəstəkləyəcəklərinə dair sözlərlə söhbəti davam etdirmişdir. Jake Sullivan, Amerikanın Parij ( COP 21 ) ( iqlim dəyişikliyi toplantısı ) anlaşmasına geri döndüyünü qeyd etmişdir.

Bu anlaşmada Türkiyə və Amerika arasında ( F -35) ( S – 400) ( PYD ) (YPG) kimi problemlərin həll edilməsi öz əksini tapmaqdadır. Bu danışığın sonunda, hər iki dövlət başçısının yaxın zamanda telefon görüşməsi olacağına dair razılıq əldə edilmişdir.

Con Baydenin köməkçisi Jake Sullivan bir daha qeyd etmişdir ki, Türkiyə həm NATO – da, həm də dünya miqyasında Amerika üçün çox vacib olan ölkələrdəndir. İbrahim Kalin da öz növbəsində Amerikanın da Türkiyə üçün çox mühüm tərəfdaş və dost olduğunu bildirmişdir.

Reşad Şıxəliyev.

Bunu paylaş: