Türk əsilli Müdafiə Nazirindən rus sayağı cavab

Xəbər verdiyimiz kimi bu gün Rusiya Federasiyasının Müdafiə Naziri Sergey Şayqu Bakıya səfər edib. Sergey Şayqunu Zakir Həsənov və İlham Əliyev qəbul edib.

Görüşlərdən sonra jurnalistlər qarşısına çıxan S.Şayqu bəzi məsələlərə aydınlıq gətirmişdir. Əsas suallardan biri isə son zamanlar Ermənistana təyyarə ilə göndərilən silah-sürsat və Ermənistanla birgə Tovuz döyüşlərindən sonra hərbi təlimlər olmuşdur.

S. Şayqu Kreml sayağı suallardan yayınaraq, Azərbaycanı strateji tərəfdaş və dost ölkə adlandırmışdır.

Rusiya hər zaman bizim başımızı belə aldadaraq Azərbaycana xəyanət etmişdir. Xatırlatmaq istərdim ki, Sergey Şayqu əslən Tuva Türküdür.

İmza; Mikayıl Əsədov.

 

 

Bunu paylaş: