Turan birliyi yeganə ümidimizdir

Türkiyə və Azərbaycan ordusunun xüsusi təyinatlılarının Türkiyə ilə Ermənistan sərhədləri yaxınlığında keçirdiyi qış tədqiqatlarında diqqəti çəkən iki şey olmuşdur: Birinci, hərbçilərin Covid -19 ilə əlaqədar istifadə etdiyi maskalarda hər iki dövlətin bayraqları əks olunmuşdur.
İkinci və daha maraqlısı, həm də sevindirici odur ki, hərbçilərin qolunda olan milli dövlət bayraqları əvəzinə, şərti adı “Turan” adlanan türk dövlətləri birliyinin göy rəngli, ay – ulduzlu bayrağı əks olunmuşdur.
Bu arada, Ermənistanın Türkiyəyə sərhədlərin açılması üçün müraciət etdiyi deyilir. Ermənistan XİN iddia edir ki, guya artıq Qarabağ münaqişəsi öz həllini tapmışdır və Ermənistanı iqtisadi blokadadan çıxarmaq olar.
Əlbəttə ki, bu, erməni həyasızlığının növbəti təzahürüdür. Əvvəla, Qarabağ münaqişəsi hələ öz həllini tapmamışdır və Ermənistan öz qoşunlarını hələ də Qarabağdan tam çıxarmayıb. İkincisi, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımayıb.
Nəhayət, Ermənistan Türkiyəyə qarşı olan ərazi iddiaları sayıqlamalarından da əl çəkməyib və s.


Qarabağ müharibəsinin müsbət nəticələrindən biri də oudur ki, Türkiyədə olan Türk millətiçiliyi ideyaları gündəmə gəldi və türk dövlətlərinin və xalqlarının fikirlərini türk dünyasının problemlərinə yönəltdi.
Türkiyə siyasətini izləyən hər kəs bilir ki, bir il əvvəl Türkiyə mediası və siyasi dairələrində türk dünyasının problemlərinə yönəlik heç bir fikir yox idi. Həmişə olduğu kimi, bu dəfə də Türk millətçiliyinin beşiyi olan Azərbaycan xalqı bu problemin gündəmə gəlməsinə səbəbkar oldu. Allaha şükür ki, bu gün bütün Türkiyə və digər türk dövlətlərinin mediası və ictimai – siyasi dairələri bu mövzuya diqqət ayırırlar.
Bir tərəfdən də Rusiya özünün “ayı” siyasəti ilə bunu “məcbur” edir. Yəni, Rusiyanın qonşularına qarşı etdiyi ərazi iddiaları, onları məcbur edir ki, özlərini müdafiə etmək üçün türk birliyinə tapınsınlar.
Belə görünür ki, Turan birliyinə yuxarıda, lap yüksəklərdə – Tanrı özü qərar veribdir.
Necə deyərlər, Tanrı türkü qorusun.
Dostlar, sayın R. T. Ərdoğan demişkən: ” Bu yolda durmak yok. Gecə – gündüz çalışmak lazım”.

Şahin Sirvanlı.

Bunu paylaş: