Toyların keçirilməsinin polislər üçün əhəmiyyəti…

 

Aldığımız yeni xəbərə görə, iyul ayının 1- dən toylar, ad günləri, şənliklərin keçirilməsinə, dövlət tərəfindən icazə verilmişdir. Şənliklərin keçirilməsi ən çox 150 nəfərdən ibarət ola bilər. Nazirlər Kabinetinin yaydığı məlumata görə 50 nəfərə kimi olan məclislərdə, insanlardan “COVID-19” pasportu tələb olunmayacaqdır. Lakin 50 nəfərdən yuxarı 150 nəfərə kimi isə, “COVID-19” pasportları tələb olunacaqdır. Əks təqdirdə toy sahibləri və vətəndaşlar cərimələnəcəklər.

Bu qərarı bir az sərt etmək əslində, vətəndaşları qorumaq deyil, polislərə yeni bir yol açmaqdır. Bütün dünyada vaksinlər vurulsa da, hələlik heç kim bunların 100 faiz nəticə verəcəyindən əmin ola bilmir.

Ölkəmizdə isə toyların başlaması ilə, polislərin həmin məclisələ hücumunun şahidi olacağıq. Hər zaman olduğu kimi, ev yiyəsinin əli çibində olmalıdır. Yəni polislərimiz hər toydan bir – iki ” ” “Covid” səhvi tutacaqlar. Ən azından polislər üçün də sevindirici haldır. Axı bizim polislər rüşvətsiz yaşaya bilmirlər.

Bildiyiniz kimi, Gürcüstan hökuməti, “COVID-19” karantin qaydalarını pozaraq cərimələnən vətəndaşlarının borclarını bağışlayıb. Görəsən, gürcülər qədər bizim hökumətin də mərifəti olacaqmı?

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın