Tovuz anaları etiraz aksiyası keçirir

 

Tovuz işi üzrə 10 nəfər məhbus anası DTX-nin qarşısından keçən Parlament prospektində yolu bağlayıb, qanunsuz məhkum olunmuş uşaqlarının işinə ədalətlə baxılması tələbi ilə aksiya keçirirlər. Yoldan keçən maşınlar, müxtəlif vasitələrlə, hətta qadınların üzərinə maşın sürməyə cəhd edərək, onların aksiyasını pozub yollarına davam etməyə çalışırlar. Guya ki, vacib işləri var, 2-3 dəqiqə yolda dayanıb, anaların keçirdiyi aksiyaya dəstək vermək, onları formal olsa belə dinləmək bir tərəfə, heç olmasa maneə olmamağa çalışmırlar.

Dinləməkləri də vacib deyil, sadəcə maşınlarını saxlayıb, anaların haqlı tələblərinin hakimiyyət orqanlarının diqqətinə çatdırması üçün imkan vermələri kifayətdir. Bizim millət özgə probleminə niyə bu qədər biganədir. Sürücülər cəmi bir neçə dəqiqə vaxt itirsələr, faciə baş verməz. Hər bir halda , onsuz da bir neçə dəqiqə ötməyəcək, polislər hadisə yerinə gələcək və etirazçıları oradan qovacaqlar. Gəlin heç olmasa, özümüz, bir-birimizin taleyinə biganə olmayaq. Kömək əlimizi uzatmırıq, heç olmasa insanların haqlı tələblərinə maneə olmayaq.

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın