Torpaqlarımızın 52 faizini azad etmiş, sabiq Müdafiə Naziri azadlıqda

Azərbaycan Xalq Hərəkatının önəmli simalarından olan sabiq Müdafiə Naziri Rəhim Qazıyev məhkəmənin qərarı ilə azadlığa buraxılmışdır. Rəhim bəyin vəkili Elçin Sadıqov bildirmişdir ki, məhkəmə 4 ayliq qəti həbs qərarını dəyişdirərək, bu ilin noyabr ayının 13-nə kimi “ev dustağı” ilə əvəz edilmişdir. Rəhim Qazıyevin həbsinə səbəb iyul ayının 12-də Tovuz döyüşləri zamanı xalqı birliyə çağırması olmuşdur. Rəhim bəy hakimiyyət tərəfindən şərlənərək 281-282 – ci maddələri ilə əlaqədar cinayət işi açılmışdır.
Xatırladaq ki, Rəhim Qazıyevin Müdafiə Naziri işlədiyi zaman işğal olunmuş torpaqların 52 faizi azad edilmişdir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: