Torbadan su xətti çıxdı.

Dünən bəzi xəbər başlıqlarında ,,İlham Əliyev sərəncam imzaladı” yazaraq sanki şad xəbər kimi bağırdılar. Hər kəs düşündü ki, yəqin uşaq pulu yenidən bərpa edilib. İlham Əliyevin imzaladığı sərəncam isə 15 rayonun 24 qəsəbə və kəndlərində su xəttinin çəkilməsi ilə bağlı idi. Görünür artıq illərdir bu yerlərdə insanlar suya həsrət imiş. İlham Əliyevin daxili və xarici siyasətini nəzərə alsaq hələ də bəzi bölgələrimizdə su, qaz, işıq problemləri var. Hakimiyyətin öz söylədikləri regionların inkişafı proqramında bu qədər yalanların ortaya çıxmasında birbaşa məsuliyyət hakimiyyətin öz üzərinə düşür. Çox gülməli də olsa daxili inkişafa görə Azərbaycan bəzi inkişaf etməmiş ölkələrə çatmaqdadır. Bəli, bəli, düz görürsünüz, onlar bizə tərəf yox, biz onlara tərəf gedirik.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: