Tokayev Putinin qarşısında qəhrəman kimi çıxış etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxaq İqtisadi Forumunda maraqlı çıxışı ilə yadda qalmışdır. O, sanki bu çıxışı zamanı yanında oturan Rusiya prezidenti Vladimir Putinə şillə kimi cavab vermişdir. Tokayev qeyd etmişdir ki, ölkəsi Tayvanı, Abxaziya və Cənubi Osetiyanı, Kosovonı, habelə kvazidövlət sayılan Luqansk və Donetskin müstəqilliyini tanımayacaqdır. Onun sözlərinə görə əgər planetimizdə bu cür proseslər davam edərsə, dünyada ölkələrin sayı 500 – ü keçəcəkdir.
Qazaxıstan prezidentinin bu çıxışı, özü də Putinin yanında– böyük cəsarət tələb etdiyini deyə bilərik.
O, birbaşa Rusiyanın işğalı ilə barışmadığını dilə gətirmişdir. Saydığı bölgələrdə Tayvan və Kosovonı çıxsaq görərik ki, digər bölgələr Rusiyanın işğalı altındadır. Tokayevin bunu Sankt-Peterburqda və Putinin üzünə deməsi bir daha onu sübut edir ki, Qazaxıstan Rusiyanın bu siyasəti ilə razı deyildir.

Digər tərəfdən qazax lider, Kremlə ona qarşı ərazi iddiası ilə çıxış etmələrinə qarşı bir etiraz etmiş oldu. Bilirik ki, Rusiya nümayəndələri ara-sıra Qazaxıstana qarşı hücumlar etməkdədirlər. Onlar qardaş dövləti alçaltmağı belə özlərinə rəva bilirlər. Tokayev bu çıxışı ilə, onlara hürənlərin cavabını vermiş oldu.

Lakin Tokayevin siyasi şilləsinin cavabı yaxın zamanda cavablana bilər. Putin ola bilsin ki, yenidən Qazaxıstana da təxribatlar hazırlaya və ordakı hakimiyyəti işğal etdiyi əraziləri tanımasına məcbur edə bilər. Yenə də Tokayevin bu çıxışı alqışa layiqdir o, bir daha dünya qarşısında Putinin kim olduğunu sübut etdi.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın