Tokayev anlayır ki, hər şeyin arxasında Rusiya dayanır

Son günlər Azərbaycan və Qazaxıstan arasında əlaqələr daha da sıxlaşmaqdadır. Bu məsələdə əsas rolu Türkiyə oynadığını deməliyik. Eks- prezident Nursultan Nazarbayevin gedişindən sonra hakimiyyətə gələn Kasım-Jomart Tokayevin siyasətində dəyişikliklər olduğunu deyə bilərik.

Tokayev və komandasının Azərbaycan, Türkiyə, ümumiyyətlə, Türk dünyası üçün can yandırdığını görməkdəyik.

Bir neçə ay bundan əvvəl Qazaxıstanda baş verən iğtişaşlara cavab olaraq, Tokayev Putinin qarşısında etdiyi mərd çıxışla ona cavab vermiş oldu. O, digər bölgələrin adını çəkməklə Rusiya liderinə başa saldı ki, Qazaxıstanın bölünməsinə icazə verməyəcək.

Ara-sıra Kreml agentlərinin Qazax qardaşlarımızın ərazilərinə qarşı təxribatçı çıxışlarını görürük.
Görünür, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsində baş verən son iğtişaşlarda Qərbin deyil, Rusiyanın əlinin olduğunu başa düşüb. Rusiyanın planında ilk növbədə eks- prezidenti Nursultan Nazarbayevi aradan çıxarmış oması, digər tərəfdən isə ölkədə Qərbə nifrət yaratmış olması dururdu.
Artıq Tokayev anlayır ki, çıxış yolu kimi Türk Birliyinin möhkəmlənməsi vacibdir. Bu səbəbdən hakimiyyətə gəldiyi vaxtdan bu günə qədər Türkiyə və Azərbaycanla ən aktiv təmas quran lider olduğunu deyə bilərik. O, əvvəlcə enerji, daha sonra yük daşımalarını Azərbaycan üzərindən Avropaya daşınmasının vacibliyini vurğulayan ilk qazax lideridir.
Digər tərəfdən də Tokayev anlayır ki, onu Putindən qoruya biləçək tək və yeganə lider Rəcəb Tayyib Ərdoğandır.
Sonda Tokayev Putinin oyunlarını başa düşdüyü üçün ondan uzaqlaşmaq istədiyini görürük.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın