Tokayev Əliyev görüşünə, Putin Berdıməhəmmədovla cavab verdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri və burada hər iki ölkə liderinin öz ana dillərində danışması, həm dünya həm də ki, Rusiya mediasında böyük maraq doğurmuşdur.
Bilirik ki, illərlə Sovetlər Birliyində əsirlikdə olan türk dövlətləri məcburən düşmənin dili olan rus dilini qəbul etmişdir.

Diqqətimizi çəkən elə bu məsələ idi ki, Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev türk ana dilimizdə danışmaqla Rusiyaya ismarıc vermiş oldu. Bu səbəbdən bir çox ölkələr bundan narahat olmağa başladı.

Düzdür,  Rusiya bunun qarşılığında türk dünyasına cavab vermiş oldu. O, Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdıməhəmmədovu “Vətənə xidmətə görə” ordenlə təltif etdi. Putinin bu hərəkətinin birbaşa nə demək olduğunu görmək çətin deyil.
Digər tərəfdən,  Türkmənbaşı niyə Rusiyaya xidmətinə görə medalla fərqlənməlidir?

Görünür,  Tokayev və Əliyev arasındakı türk dilində olan dialoq, hələ də Türkmənistanda bir təsir oyatmamışdır. Putin isə öz növbəsində:” Türkmənistan mənimlədir”,- deməklə Türk Dövlətləri Təşkilatına cavab verməkdədir. Təbii ki, türk birliyinin bütövlüyü Türkmənistansız qeyri – mümkündür. Bu səbəbdən biz çalışmalıyıq ki, Türkmənistanı rüs təsirindən alaq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın