Toivo Klaar: bu görüşlə bağlı rəsmi Bakını əvvəlcədən məlumatlandırmışdıq

 

Bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqına etiraz məktubu yollamışdır. Etirazın məqsədi, Aİ Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistanda səfərdə olduğu müddətdə, özünü dırnaq arası “Xankəndinin” “XİN” kimi təqdim edən “David Babayanla” görüşməsi olmuşdur. Bu dırnaq arası görüşdə Aİ-nin belə mövqe tutması rəsmi Bakını qəzəbləndirmişdir.

Hörmətli oxucular, gəlin Qarabağa dair 3 tərəfli bəyanatı araşdıraq. Azərbaycan hakimiyyəti hər zaman olduğu kimi, bəyanatı xalqa təqdim etsə də, həmin bəyanatın bəndlərinin açarı hələ ki, gizli saxlanılmaqdadır. Bu bəyanat bundan əvvəl qeyd etdiyim kimi, “Kazan” danışıqlarının bir az dəyişilmiş formatıdır. İndiki bəyanatda Xankəndi ilə Ermənistanın əlaqələrinə şərait yaradılması, onu göstərir ki, Qarabağ muxtariyyət kimi fəaliyyət göstərəcəkdir. Bu səbəbdən Azərbaycanın mövqeyindən asılı olmayaraq bu cür problemlər yaranmaqdadır. Bu vəziyyəti İlham Əliyevdən soruşmaq lap yerinə düşərdi. Xalqdan heç kim heç nə gizlədə bilməz.

Bununla da Toivo Klaarın cavabı rəsmi Bakıya geçikmədi. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin sözlərinə əsasən, o, Azərbaycan tərəfinə bu barədə məlumat vermişdir. Görünən odur ki, Azərbaycan hakimiyyətinin bundan xəbəri olsa da, hər zamankı kimi xalqı aldatmağa çalışmışdır. Hakimiyyət tərəfindən bu çür siyasi şouların nəyə hesablandığını anlamaq olmur.

 

Toivo Klaar bir daha qeyd etmişdir ki, Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib və bu görüş Aİ-nın mandatı çərçivəsində baş tutmuşdur. Toivo Klaar bu çıxışı ilə ölkəmizdən incidiyini də dilə gətirmişdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: