Tofiq Yaqubluya dəstək mitinqi

Hörmətli oxucular bir necə gün əvvəl Bakıda bir qrup şəxs Tofiq Yaqublunun azad olunmasına görə mitinq keçirmişlər. Bu mitinq həmişə olduğu kimi polis tərəfindən zorakılıq və həbslə nəticələnib. Artıq Tofiq Yaqublunun səhhəti getdikcə pisləşməyə başlayıb. İnsan hüquqları üzrə birgə işçi qrupları, hüquq müdafiəçiləri Tofiq Yaqublunun işinə yenidən baxılması və azad olunması üçün hökümət nümayəndələri ilə danışıqlar aparırlar. Bildirmək istərdik ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqubluya 4 il 3 ay azadlıqdan məhrum etmə hökmü çıxarmışdır. Tofiq bəy bu qərarla barışmayaraq aclıq aksiyası elan etmişdir. Tofiq Yaqublunun həbsi hakimiyyət tərəfindən sifarişlə icra olunmuşdur. Ümid edirik ki Tofiq bəy tezliklə öz azadliq ve sağlamlığına qovuşacaq.
Sonunda isə bildirmək istərdim ki, çox üzücüdür ki, məmur övladları avtomobillə insanları vurub öldürdükdə 1 il həbs cəzası , Tofiq Yaqublu bir şey etmədən şərlənərək 4 il 3 ay cəza alır.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: