Tikdiyiniz bina yarımçıq qalsın…

 

“Mərkəzi Bankın inzibati binasını öz vəsaitimiz hesabına tikəcəyik”, – bunu Elman Rüstəmov deyib. Ağız dolusu deməyə nə var ki. Əlbəttə, 28 may ətrafında olan “Milli Bank”- ın binasında o qədər calışan var ki, ola bilsin yerləşmirlər. Hamısı bir-birinə söykənərək çalışırlar ki, xalqın pullarını necə israf etsinlər. Deyəsən, “Qara” pulları yumaqdan ötrü bank əməkdaşları başlarını qaşımağa vaxt tapmırlar..Büdcəni talamağın yeganə yolu, yeni inşa olunacaq binanın ətrafında hiylə qurmaqdır. Necə deyərlər: “Ayının min oyunu, bir armudun üstündədir”.

Rəsmi qurumlardan efirlərdə çıxıb, sadə vətəndaşların güzaranını yaxşılaşdırmaq barəsində bir kəlmə olsun eşitmirik. Elman Rüstəmova sual verəndəki niyə bu qədər bahalı bina tikdirirsiniz cavabında deyir; “3 il ərzində budcəyə 7 milyarddan çox pul keçirmişem”. Inanın ki, nə o pullardan esər-əlamət qalıb nə də ki, xalqa o pullardan  bir xeyr dəyib. Xalqımız səfil günündə yaşayır, hətta xalq elə gündədir ki, minlərlə insan quru çörəyi də tapa bilmir. Hələ evsizlikdən əziyyət çəkib vaqonlarda, kirayələrdə qalanları demirəm. Manqurt məmur oliqarxların gözü isə doymaq bilmir ki, bilmir. Ancaq öz varidatlarını düşünürlər. Azərbaycan zəngin, sərvətləri bol olan ölkə olsa da, harınlamışların ucbatından zəlil günə qalıb. Qaldı ki, yeni inşa olunacaq binaya, tikin, ucaldın..Bir gün başınıza yıxılması ümidi ilə, mən də öz xeyir – duamı verib, yazımı bununla yekunlaşdırıram

Rəşad Şıxəliyev.

Bunu paylaş: