Terrorun beşiyi Ermənistan

Dünyada çox azsaylı dövlətlər vardır ki, terroru dəstəkləsin. Bu az saylı dövlətlərdən biri, hətta birincisi Ermənistandır. Hər zaman terroru və terrorçuları dəstəkləyən erməni toplumu bu gün dünyaya bir təhlükədir. Bildiyiniz kimi, Ermənistanın terrorçu bir ölkə olması və “Asala” kimi terror təşkilatını yaratması hər kəsə məlumdur. Bununla yanaşı, ermənistan bu gün PKK, Hizbullah kimi terror təşkilatlarına da hər cür dəstək göstərir. Bu gün Ermənistan hakimiyyəti PKK və Hizbullah terror təşkilatlarına maliyyə dəstəyi verməklə yanaşı ,silah dəstəyi də verir və bu, beynalxaq hüquqa zidd bir hərəkətdir. Bütün bunlara sübut olaraq İraqdan, Suriyadan qaçan PKK terrorçularının Ermənistan və işğal altında olan Qarabağa köç etmələri və hərbi-təlim düşərgələri salmalarıdır. Dəfələrlə sənədlərlə bütün bunlar sübut edilmişdir. Gizli deyil ki, terrorçulara silah dəstəyi verməsi Ermənistanın artıq əsas vacib məsələlərindən biridir. Bu işlərdə xaricdə yaşayan ermənilər, erməni lobbiləri də yaxından iştirak edirlər. Ancaq biz bu gün nəyi görürük? Ermənistan özünü dünyaya demokratik şəffaf bir ölkə kimi tanıtmağa çalışır. Ermənistanın bugünkü terrorçulara verdiyi dəstəkdən başda ,qonşu ölkələr olmaqla, bütün dünya ölkələri əziyyət çəkir. Mənim hədəfim Qərb dövlətlərinə ermənistanın əsl üzünü göstərmək və necə təhlükəli olduqlarını sübut etməkdir. Bu ,danılmaz bir faktdır ki ermənistan gününmüzdə qeyri-sabit, işğalçı ölkədir. Sabah heç kim emənistanın beynəlxalq sabitliyə, təhlükəsizliyə zərbə endirməyəcəyinə qarant dura bilməz. Odur ki, gəlin dünya birliyi olaraq gec olmadan ermənistanın qanunsuzluqlarına, özbaşınalıqlarına son deyək! Əks halda bütün dünya dövlətləri ermənistanın terrora verdiyi dəstəkdən əziyyət çəkəcəklər.

Əziz Əzizli.

 

Bunu paylaş: