Televiziyalarda əxlaqsızlığın təbliğatı artıb

Son vaxtlar Azərbaycan televiziyalarında baş vermiş hadisələri hər kəs görür. Əslində televiziyaların işi dünya və yerli hadisələri ictimaiyyətə catdırmaq olsa da, digər tərəfdən maarifləndiricilik funksiyasını da özündə saxlamaqdadır. Əsasən də gənc nəsil televiziya vasitəsilə dünyaya baxışını yaxşı mənada dəyişməlidir.

Lakin ölkəmizdə İlham Əliyev hakimiyyətinin daxili siyasətində cəmiyyətin maarifləndirilməsi dayanmır. Bəlkə kimsə deyə bilər son illər, gəncliyə töhvə verən verilişlər təqdim edilmişdir? Əsla xeyr, bu gün əsas verilişlər insanların şəxsi ailə daxili problemləri üzərində qurulmaqdadır. Təsəvvür edin, gənc nəsil bunları görür və beyninə həkk edir. Bundan sonra isə, cəmiyyətin formalaşması acı sonla nəticələnir. Bu gün televiziyalar elə mövzular təbliğ edirlər ki, bu da insan psixologiyasına mənfi təsir göstərir.
Təəssüf ki, yuxarıda qeyd etdiyimiz problem bu günə qədər də baş verməkdədir.

Son bir neçə ayda daha bir mövzü ortaya atılmaqdadır. Söhbət əxlaqsızlıq mövzusudur. Yerli kanallarımız artıq kişi qadın xəyanətlərini açıq şəkildə televiziya vasitəsilə cəmiyyətə təqdim etməkdədirlər. Bir o qalıb ki, həmin videonu canlı yayımlasınlar.
Vəziyyət o qədər bərbaddır ki, yerli kanalları ailəvi seyr etmək insanlar üçün çox təhlükəlidir. Bilmirsən ki, 5 dəqiqədən sonra kimin pozğunluq həyatından bəhs edəcəklər…

Hakimiyyətin apardığı bu siyasətin nəticəsidir ki, ölkədə zorlanma, oğurluq, narkomaniya və bir sözlə, kriminal vəziyyət getdikcə artmaqdadır.
Bir tərəfdən də bu vəziyyət İlham Əliyev və hakimiyyəti üçün çox əlverişlidir. Məqsəd gənc nəsilin kökünü kəsərək xalqı təzyiq altında saxlamaq və öz rejiminin ömrünü uzatmaqdır. Məqsəd Azərbaycan xalqının düşüncə tərzini məhv eləmək və gələcəkdə yer üzündən silməkdir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın