Tayvan məsələsinə görə Çinin iki yolu vardır: sınmış qürurunu təmizləmək və Amerikaya bundan sonra boyun əyməmək

Hörmətli oxucular, sizlərə Çinlə Amerika Birləşmiş Ştatları arasında artan gərginlik barədə xəbər vermişdik. Bu isə demək olar ki, bu gərginlik müharibə fazasına keçə bilər. Söhbət ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən gedir. Beynəlxalq səviyyədə Tayvan Çinin ərazisi sayılır. Lakin illr əvvəl Birləşmiş Millətlər Təşkilatının daimi üzvlərindən biri olan Tayvan Çindən ayrılmaq fikrindədir. Dünyanın böyük sənaye adasından biri olan Tayvan, strateji tərəfdən də Çin və Amerika üçün çox böyük səbəb kəsb etməkdədir. Bu səbəbdən Amerika Tayvanın müstəqilliyinin tanınması üçün əlindən gələni edir.

Çinin xəbərdarlıqlarına baxmayaraq Nensi Pelosinin Tayvana rəsmi səfəri baş tutdu. Demək olar ki, ölkədə Co Baydendən sonra üçüncü şəxs kimi tanınan Konqresmen bu səfəri ilə Tayvanın yanında olduğunu bildirdi.
Təbii ki, rəsmi Pekin bunu qəbul edilməz olunduğunu bildirsə də, Amerika tərəfi burada Çin əleyhinə heç bir mənfi xüsusiyyətin olmadığını bildirir.

Bu səfər nə məqsəd daşıyır və Çin hansı addımı atmalıdır?
Pelosinin səfərindən əvvəl rəsmi Pekin çoxlu sayda hərbi təlimlərə başladığını bildirdi və aldığımız xəbərə görə rəsmi Çin ordusu Tayvanı mühasirəyə almışdır.

İndi isə qalıb rəsmi Pekin öz prestijini yenidən bərpa etsin. Ola bilər ki, Pelosinin gedişindən sonra Çin ordusu Tayvana hücum etsin. Lakin əgər bu baş verməsə, rəsmi Pekinin qırılma nöqtəsi başlayacaqdır. Dünyada ən güclü dövlətlərdən sayılan Çin Amerikaya boyun əymiş olacaq.

Qeyd edək ki, təhlilimizdən Amerikalı qonaqların səfərindən sonra Asiya nəhəngi hər an öz beynəlxalq səviyyədə tanınan öz adasına hücum əmri verəcək.
Aldığımız məlumata görə Yaponiya, Cənubi Koreya və Hindistan orduları döyüş vəziyyətinə gətirilmişdir. Digər tərəfdən də, Çin və Şimali Koreyada anoloji addım atmaqdadır. Hər halda, Çinin iki çıxışı var: ordusuna hücum əmri verməklə sınmış qürurunu təmizləmək və yaxud Amerikaya bu gündən sonra boyun əyməmək. Hər halda, rəsmi Pekinin yaxın günlərdə atacağı addımdan hər şey bəlli olacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın