Tariximizi unutmamalıyıq

2-ci Qarabağ müharibəsi başa çatdı. Başa çatdımı? Qabaqda bizi nələr gözləyir? 3-cü Qarabağ müharibəsi olacaqmı? Bundan sonra nə etməli? Bundan sonra biz nə etməliyik ki, belə faciələr təkrarlanmasın? Keçmişə qayıdaq. 100 il bundan qabağa. 19-cu əsrin əvvəllərində bu faciə bizim başımıza gəlib, ermənilərlə bir neçə dəfə müharibəmiz olub. Ermənilər bizim torpaqlarda bizə qarşı qırğınlar törədib. Bakı, Şamaxı, Quba şəhərləri və digər bölgələrdə. Ancaq bu tarix həmişə təkrarlanıb. Hətta 100 il keçməsinə baxmayaraq. Niyə təkrarlanıb və təkrarlanır? Çünki biz tariximizi unuduruq. Daha doğrusu tariximizi bizə unutdurublar. Kimlər unutdurub? Bizi idarə edənlər. Təəssüflər olsun ki, 19-cu əsrin əvvəlində biz yenidən Rusiya imperiyasına ( bu imperiya başqa adla bizə sırındı, SSSRi adı ilə) daxil olduq, daha doğrusu buna məcbur etdilər. Zaman keçdikcə yaxın tariximizi bizə unutdurdular. Xalqlar arası dostluq, qardaşlıq təbliğ edildi. Şeirlər yazıldı, mahnılar bəstələndi:
,,Kür, Araz, Ararat
Gözəldir bu həyat
Qardaş olub Hayastan Azərbaycan”.
Bəli, bu dostluq təbliğ edilməlidir. Biz bir xalq olaraq həmişə sülh tərəfdarı olmuşuq. Ancaq xalqlar arası dostluq, qardaşlıq təbliğ edilsə də bir tərəfli qaydada edildi. Zaman keçdikcə biz erməniləri özümüzə dost saydıq, yaxınlıq etdik, ailələr qurduq, onlara qəlbimizdə yer ayırdıq. Ancaq erməni bunu etdimi? Xeyr! Ancaq erməni bunun əksini etdi. Öz uşaqlarını bizə qarşı nifrət, düşmənçilik hissi ilə böyütdü . Erməni bunu gizli təbliğ etdi. Üzümüzə güldülər, ancaq arxada başqa iş gördülər. Göründüyü kimi bütün bu bəlalar yaxın tariximizi unutmağımızdan irəli gəlir. Bundan sonra belə bəlaların başımıza gəlməməsi üçün biz nə etməli? Biz bu müharibə haqqında, onun fəsadları barədə sənədli filmlər, bədii filmlər çəkməliyik. Hər bir kənd və şəhərdə həmin müharibəni xatırladacaq abidələr ucaltmalıyıq. Dərsliklər tərtib edilməlidir. Yaxın 100 ilə həmin dərslikləri dəyişməmək şərti ilə bütün hadisələr tarix dərsliyinə salınmalıdır. Yaxın 100 ildə dəyişmək olmaz! Əgər erməni burada yaşayacaqsa o hər an bunu görməlidir. Həmin dərsliklər ermənilərə də keçilməlidir. Erməni görməlidir ki, biz tariximizi unutmuruq, unutmayacağıq. Biz ancaq bu qaydada öz dövlətimizi qoruya bilərik.

İbrahim Azər

Bunu paylaş: