Tarixi müqavilə imzalandı

Bir neçə gün bundan qabaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı yaxın vaxta Böyük Britaniya ilə tarixi müqavilə imzalayacaqlarını söyləmişdi. Bu tarixi hadisə artıq baş tutdu – hər iki tərəf “Azad Ticarət” sahəsində müqavilə imzaladı. Türkiyənin rəhbər olduğu “İpək Yolu” -na Böyúk Britaniya birbaşa çıxış əldə etdi.

Türkiyə isə dünyada Böyük Britaniyaya aid olan ticarət yollarından istifadə etmək hüququ qazandı. Hər iki tərəfə iqtisadi xeyri olan bu müqavilədə Böyük Britaniya Çindən gələn mallarını maneəsiz və demək olar ki, vergisiz əldə edəcəkdir.Böyük Britaniya Avropanın şimalında güclü bir iqtisadiyyata sahib olacaqdır. Türkiyə isə Avropanın cənubu ,Asiyanın qərbi və Afrikanın şimalında böyük iqtisadi mərkəzə çevriləcəkdir. Bu tarixi müqavilə gələcəkdə hər iki ölkənin iqtisadiyyatının inkişafına böyük təkan verəcəkdir. Bir müddət əvvəl Böyük Britaniya Avropa Birliyi ilə də iqtisadi məsləhətləşmələr də aparmışdır. Bəzi şərtlərdə razılaşma əldə edilmişdir.Bununla da Böyük Britaniyanın AB – dən ayrıldıqdan sonra düşdüyü iqtisadi böhrana son qoyulacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: