Tarixi fürsəti qaçırmayaq

 

Azerfreedom TV – nin daimi izləycilərindən olan hörmətli Nurəddin Kaqan özünün FB səhifəsində maraqlı bir status yazmışdır.
Oxucuların da marağına səbəb ola biləcəyini nəzərə alaraq həmin statusu olduğu kimi sizə təqdim edirəm:
“Azərbaycanda zaman – zaman xalqın oyanış dövrləri olmuşdur və təəssüf ki, sonradan daxili düşmənlərin güclü olması səbəbindən həmin oyanışlar müsbət sonluqla yekunlaşmamışdır. Ən sonuncu isə keçən əsrin sonlarında Xalq Cəbhəsi adını almış hərəkatın yaranması olmuşdu. Amma… dediyimiz kimi bu oyanış da daxili düşmənlərin güclü təzyiqləri nəticəsində 93-cü ilə qədər birtəhər dözüş gətirsə də, ondan sonra yaşaya bilmədi və tarixin arxivinə gömüldü. Bu gün həmin oyanışın nümayəndələrindən meydanda Mirmahmud Mirəlioğlunu və bir neçə nəfəri görə bilirik, qalanları ya metamorfoz prosesi keçmiş, ya şinelini çıxarıb atmış, ya mutasiyaya uğrayıb başqa forma almış, ya da rola girərək guya “onlardandırlar” obrazında aralıqlarda hərlənirlər.
Xalq cəbhəsinin davamçısı olaraq yeni bir hərəkatın yaranması ümidi ilə gələcəyə nikbin baxırıq. Tarix zaman – zaman şanslar yaradır, sadəcə kollektiv şüur, təfəkkür formalaşdırıb növbəti şansa hazır olmaq lazımdır.”

Özümdən zəruri hesab elədiyim bir əlavə: — Azərbaycanda “yetişdirilən” bu daxili düşmənlər “bizim bostanın” məhsulları deyil və bizim mentalitetimizə uyğun da deyil.
Yəni arxadan namərdcəsinə vurmaq, kəmfürsətçilik, öz dövlətinə qarşı getmək böyük imperiyalar yaratmış, şanlı tarixi olan xalqlar üçün xas deyildir. Yəni, zülm və hiylə üzərində qurulan antiinsani, antibəşəri dəyərlərə söykənən imperiyaların ömrü uzaqbaşı Sovet İmperiyası qədər olar.
İnşallah, bəşəri dəyərlərə söykənən, bəzən də “türk əsri” adlanan dövrün “ayaq səsləri” eşidilir. Biz də bu ailənin layiqli bir üzvü kimi öz milli dövlətimizi qurarıq.
Bu sahədə bir fikir platforması kimi Azerfreedoma böyük ümidlər bəsləyirəm.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın