Tarix dəyişməyib, sadəcə biz dəyişməliyik

  • Tarix dəyişməyib, sadəcə biz dəyişirik.
    Tovuzda baş verən döyüşündə şəhid olan Generalımıza və digər qəhrəmanlarımıza rəğmən, İlham Əliyevin sülh bağlamasına xalq narazıdır.
    Hətta bu təxribatda ürəyi soyumayan düşmən dünyanın bəzi ölkələrində soydaşlarımıza hücum etməyə davam edir. Ermənilərin illərdir sürən düşmənçilik siyasəti daima davam edib.
    Dünyanın hər yerində xalqımızın birlik -bərabərlik nümayiş etdirməsi bəzi quvvələri narahat etmişdir.
    Əgər İlham Əliyev fantaziyasında dediyi kimidirsə, yəni xalqın 85 faizinin səsini toplamışdırsa,bəs niyə o 85 faizin döyüş əmrini ver səsini eşitmir.
    Hardadır Zakir Həsənov? Bir neçə ay bundan əvvəl ermənilərin hücumunu arzulayirdi. Buyurun ,Zakir Həsənov verdiyiniz sözü tutmaq zamanıdır.
    Sonda İlham Əliyevə bildirmək istərdim ki, Ali Baş Komandanlıq boş sözlərdə yox, döyüş meydanlarında sübut olunur.
  • Ímza: Mikayıl Əsədov
Bunu paylaş: