Tam məxfi.

TAM MƏXFİ

Azərbaycan SSR-i

PROKURORLUĞU

Bakı şəhəri

27.01.90 il № 13/8186

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi yoldaş Polyaniçko V.P.

1988-ci ildən direktiv orqanların tapşırığını yerinə yetirərək, cinayətkarlığa qarşı mübarizə ümumdövlət proqramının hazırlanması, həmçinin respublikada sosialist qanunçuluğunun və asayişin qorunması məqsədi ilə SSRİ Prokurorluğu və DİN briqadası Azərbaycan SSR-ə göndərilir.

Mütəşəkkil və digər cinayətkarlığın qarşısının alınmasında, yenidənqurma işlərinin effektiv və hərtərəfli təşkil etmək üçün SSRİ Prokurorluğu və DİN briqadasına təcrübəli mütəxəssislər və xalq təsərrüfatı mütəxəsisləri dəvət olunmuşlar.

İstintaq briqadası bilməlidir ki, söhbət, bu gün yerli spesifik şəraiti nəzərə alınmaqla, respublika əhalisinin adət və ənənələrinə uyğun olaraq, nəinki iqtisadi, sosial, siyasi və mədəni- maarif xarakterli cinayətlərdən, hətta huquq-mühafizə xidməti orqanlarına hücumların geniş vüsət almasından gedir.

19 yanvar 1990 cı ildə Naxçıvan  Dəmir yolları idarəsinə anonim olaraq, Naxçıvan MSSR İlyiç rayonu Xalq Cəbhəsi şöbəsinin adından zəng edərək xəbərdarlıq edilir ki, əgər Naxçıvan MSSR İlyiç rayonu Xalq Cəbhəsi şöbəsinin lideri Fərəməz Allahverdiyev həbsdən azad edilməsə, Dağlıq Qarabağ və onun ətrafında millətlərarası münasibətlərin kəskinləşməsi ilə əlaqədar olaraq törədilmiş cinayətlərin materiallarını toplayan, araşdıran, operativ olaraq respublikanın hüquq mühafizə orqanlarına xəbər verən, Sov. İKP KP MK-nın tapşırığı ilə Azərbaycan KP-nin keçmiş birinci katibi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov. İKP MK-nın Politbürosunun üzvü H. Ə. Əliyevin cinayət, sui-istifadə hallarını araşdıran SSRİ Prokurorluğunun və DİN-in briqadasının 20 yanvar saat 10.00-dan 15.00-ə qədər respublikadan çıxarılmasa, Noraşen dəmir yol ayrıcında hərəkət dayandırılacaq. Bu Respublikada mütəşəkkil cinayətlərin olmasına dəlalət edir.

3. İstintaq briqadalarının gərgin əməyi nəticəsində məlum olur ki, 20 yanvar 1990-cı il vəziyyətinə qədər, hələ H. Əliyev Azərbaycan KP MK-nın Birinci Katibi və Sov.İKP MK nın Siyasi bürosunun üzvlüyünə namizəd olarkən, ona vəzifəsindən sui-istifadə faktları üzrə 116 dəfə cinayət işi qaldırılıb.

Bu gün, Yanvar faciəsindən sonra istintaq briqadası öz fəaliyyətini dayandırmağa məcbur olub, ona görə ki, hökumətin maraqları qonşu sərhəd dövlətlərinin xüsusi xidmət orqanlarının təsiri altında olan cəmiyyətin dağıdıcı qüvvələrinin maraqları ilə uzlaşdığı bir vaxtda, nə qədər ki, H. Əliyev azadlıqdadır, sui-istifadə cinayətlərini araşdırmaq aşağıdakı səbəblərdən mümkün  deyil:

Birincisi, istintaq qrupu tərəfindən Yanvar faciəsi ilə əlaqədar araşdırma nəticəsində toplanmış materiallardan məlum olur  ki, H. Əliyev Azərbaycan KP MK birinci katibi olarkən törətdiyi cinayət faktları ilə üz-üzə qalarkən İstintaq briqadasının və cəmiyyətin diqqətini özünün törətdiyi cinayətlərdən yayındırmaq üçün Azərbaycan Xalq Cəbhəsində olan əlaltılarının köməyindən istifadə etmişdir.  Xarici dövlətlərin xüsusi xidmət orqanlarının və Respublikanın mafiya maliyyə strukturlarının üzvü olan bəzi sənaye müəssisələrinin başçıları tərəfindən maliyyələşən (məsələn, NBNZ-nin baş direktoru R. Quliyev), H. Əliyevin yerliləri olan Azərbaycan Xalq Cəbhəsi liderləri, Naxçıvan klanının lideri olan H. Əliyevi cinayət məsuliyyətindən yayındırmaq üçün Respublikada ictimai siyasi sabitliyi pozaraq Bakıda Yanvar faciəsini – qanlı qarşıdurmanı yaratdılar. Bu məqsədlə onlar əvvəlcə Dağlıq Qarabağ inzibati mahalının KP MK birinci katibi Kevorkovla cinayət sövdələşməsi edərək Dağlıq Qarabağ inzibati mahalında, sonra isə Sumqayıtda etnik qarşıdurmaları təhrik etdilər. Beləliklə, müəyyən olundu ki, Azərbaycan Xalq Cəbhəsinin əsas məqsədi qanlı qarşıdurma yaratmaq və H. Əliyevi hakimiyyətə gətirməkdir.

İkinci, SSRİ istintaq qrupunun və DİN-nin müəyyən etdiyi H. Əliyevin Gevorkovla gizli sövdələşməsinin sübutu – onların ana tərəfdən qohum olmasıdır. H. Əliyev özü haqqında olan məlumatları, o cümlədən anasının milliyyətcə erməni olduğunu təsdiq edən sənədləri saxtalaşdırılmışdır.

Ona görə də Gevorkovu Dağlıq Qarabağ inzibati mahalının Birinci Katibi vəzifəsindən azad edən kimi, H. Əliyevin adamları olan Əlisahib Orucov və Südabə Həsənova yüksək vəzifəyə – Ədliyyə Naziri təyin edildi. Ə. Orucov Lenin adına meydanda Xalq Cəbhəsinin keçirdiyi mitinqlərdə H. Əliyevin sifarişi ilə icra olunan ölüm hökümlərinin aşkara çıxmasından qorxaraq İstintaq Briqadasının əleyhinə çıxış edir və onların Respublikadan qovulmasını  tələb edir.

Üçüncü, SSRİ İstintaq briqadası və DİN müəyyən etdi ki, SSRİ Prokurorluğunun sahə prokurorları Stepanyans və Mirzoyan Azərbaycan SSR Prokurorluğunun keçmiş əməkdaşlarıdır, H. Əliyevlə qohumluq əlaqələri vardır və onları SSRİ Prokurorluğuna öz şəxsi maraqları və H. Əliyevin qohumlarının cinayət işlərinin qeyri qanuni yollara araşdırılmasının qarşısının alınması üçün yerləşdirilmişdir.

Şaxzadyan, Nikoqosyan, Arakelov və Avakyan – bunlar hamısı Stepanyans və Mirzoyanın Azərbaycan SSR Prokuroru İ. İsmayılov və onun müavini M. Babayev ilə cinayət sövdələşməsində olmaları sübut olunmuşdur. Onlar bu gün də açıq şəkildə SSRİ və DİN istintaq briqadasına mane olurlar, təzyiq edirlər və onların qovulması üçün Respublika kütləvi informasiya vasitələrində geniş kompaniya aparırlar. Bu əsasən Azərbaycan Xalq Cəbhəsi ilə cinayətkar sövdələşməklə hüquq –  mühafizə orqanlarının başçıları tərəfindən təşkil olunur. Azərbaycan SSR Prokurorunun birinci müavini belə tələblə Respublika televiziyasında çıxışı bunların bir-biri ilə sıx əlaqəli olduğunu sübut edir. Bir sözlə,

70-80-ci illərdə törətdikləri cinayətlərlə bağlı hərəkətləri -“Əliyevşina” etibarlı şəkildə tərəfdarları və əlbirləri tərəfindən qorunur. Onların əlində Respublikanın dövlət hakimiyyət  orqanlarının idarəetmə rıçaqları olduğu üçün, Respublikanın yeni hakimiyyətin işlərinə pərdəarxası bəzən isə açıq müdaxilə etmək imkanları var.

4. Onlar bu gün faktiki olaraq “Əliyevşina”-nın patriarxal hökmranlığını bərpa etmək məqsədi ilə, siyasi ekstremizm yolu ilə hakimiyyəti zəbt etmək istəyirlər.

Məhz buna görə də “Əliyevşina”-nın şər-böhtançıları – Respublikada baş alıb gedən siyasi ekstremizmə və cinayətkarlığa qarşı mübarizə aparmalı olan Azərbaycan SSR -in Ədliyyə Naziri Ə. Orucovun, Azərbaycan SSR-nin baş prokuroru İ. İsmayılovun bu cinayətkarlığa qarşı kar və kor olmalarını diqqətsiz buraxmaq olmur. Bu siyahıya həm də “Əliyevşina”-nın və digər mafiya qruplarının hərbi əməliyyatlara müdaxilə etməsinin qarşısının vaxtında alınmamasından gedir. Belə ki, 20 yanvarda faktiki olaraq Respublikanın hüquq-mühafizə orqanlarını ekstremal vəziyyətdə vətəndaşların təhlükəsizliyini təmin edə bilmədilər. Yəni onların bacarıqsızlığı üzündən Respublikada xeyli dinc əhali məhv oldu və vəziyyət milli faciəyə gəlib çıxdı. Bütün bunları “Əliyevşina” hakimiyyəti xalqın gözündən salmaq və beləliklə də cinayətdən yayınmaq üçün planlaşdırılmışdı.

Yanvar faciəsinə H. Əliyevin əlaltıları tərəfindən təhrik olunma faktı yanvar faciəsi ərəfəsində saxlanılan vətəndaş Oqanovun izahatında da keçir. Saxlanma zamanı o nəinki hüquq-mühafizə orqanlarına, hətta Xalq Cəbhəsinin nümayəndələrinə də müqavimət göstərmişdir. Təsadüfən saxlanılan bu xarici ölkə casusunun evindən avtomat silah və kəşfiyyat əməliyyatı üçün avadanlıq aşkar edilmişdir.

Lakin Bakı şəhəri Lenin rayon prokuroru Zeynalov öz yerlisi, dostu, tələbə və aspirantura yoldaşı olan Azərbaycan SSR-in prokuroru İ. İsmayılov və onun birinci müavini M. Babayev ilə cinayət əlaqəsinə girərək, Oqanovun cinayəti barədə   kifayət qədər sübutlar olmasına baxmayaraq, onu məsuliyyətdən yayındırmışlar.

Onların İstintaq briqadasına olan qəzəbinin bir səbəbi də M. Babayevin Sosialist Əməyi Qəhrəmanı olan atasının 70-80-cı illərdə Cəbrayıl rayonunda sovxoz direktoru vəzifəsində çalışarkən dövlətə külli miqdarda ziyan vurmaqla günahlandırılması olmuşdur.

Bundan başqa, Azərbaycan Respublikası Prokuroru İ. İsmayılov və onun müavini M. Babayev, H. Əliyevin qohumu, “Abşeron” mehmanxanasının direktoru A. Paşayev haqqında Azərbaycan SSR Xalq Nəzarəti tərəfindən daxil olan materialları da gizlətmişlər. Həmin materiallarda H. Əliyevin qohumu A. Paşayevin (mənşəycə iranlı demokrat, Azərbaycan Xalq Cəbhəsinin lideri, İran casusu Sirusun qohumu) “Abşeron” mehmanxanasını faktiki olaraq mitinqlərin təşkili və idarə olunması üçün bir qərargaha çevrilməsindən xəbər verilir. V. İ. Lenin adına meydandakı mitinqin təşkilatçılarının əsas məqsədi H. Əliyevi böyük kriminal inqilabla hakimiyyətə gətirmək idi.

Bu məqsədlə Azərbaycan KP MK-nın keçmiş katibi Mehdiyev də Azərbaycan Elmlər Akademiyasında, necə deyərlər, Respublika ziyalılarından ibarət, əslində isə Naxçıvan klanından təşkil olan “beyin mərkəzi” yaratmışdır. Mərkəzin əsas məqsədi guya bu kritik dövrdə H. Əliyevi rəsmi olaraq respublikaya rəhbərlik etmək üçün dəvət idi.

Qeyd edək ki, Mehdiyevin arvadı ermənidir və H. Əliyevin ana tərəfdən qohumudur.

İkinci “bəyin mərkəzi” də eyni məqsədlə Azərbaycan SSR Ali Sovetinin işlər idarəsinin rəisi Axundov tərəfindən yaradılmışdı.

Yeganə məqsədi “əliyevşina”-nın sifarişi ilə deputatlar arasında iş aparmaq, çalışıb Respublika Ali Sovetinin növbədənkənar sessiyasını çağırmaq və gündəliyə tək bir məsələ qoymaq:

Respublika ziyalılarından H. Əliyevə müraciəti.

Əgər nəzərə alsaq ki, Axundovun bacısı – Olya Axundova Zori Balayanın qardaşının arvadıdır və öz növbəsində H. Əliyevin ana tərəfdən   qohumudur, onda məlum olur ki, nə üçün Dağlıq Qarabağda milli məsələlər qızışdırılmışdır.

Bu gün Moskvadakı nümayəndəliyində avantürüst çıxış edən, “Əliyevşina” əlaltısı, AXC-nin liderlərindən olan  Etibar Məmmədov, əslində öz avantürist məqsədləri üçün Dağlıq Qarabağ və onun ətrafında olan məsələləri süni surətdə qızışdırmış, yanvar faciəsindən sonra isə Moskvada gizləndiyi yerdə həbs olunmuşdur.

Kütləvi informasiya vasitələri isə fasiləsiz olaraq öz məsuliyyətsiz çıxışları ilə bu mövzunu möhtəkirlik alətinə çevirmişlər.

Bəzi Hakimiyyət klanları Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələri, bu gün isə Yanvar faciəsinin öz ucuz, məkirli və siyasi maraqları üçün istifadə edir. Azərbaycanın Moskvadakı nümayəndəliyində H. Əliyev üçün   keçirilən mətbuat konfransı da həmin məqsədə xidmət edir.

İnsanların irqinə, dini və demokratik baxışlarına görə təqib olunması nəticəsində iki xalqın hərbi toqquşmasına səbəb olan, beləliklə də insanlığa qarşı suç işlədən H. Əliyev və Kevorkov Beynəlxalq Hərbi Tribunala verilməlidir.

Bu, Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələri milli azadlıq hərəkatı kimi yox, Respublikanın daxili işlərinə bir sıra xarici ölkələrin qarışmağı kimi sübut etməyin yeganə, obyektiv   yoldur.

Yanvar faciəsinin cinayət araşdırmasının nəticələri haqqında Sizə əlavə məlumat veriləcək.

 

Azərbayсan SSR-i Prokurorluğunun dövlət təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin müdiri, baş ədliyyə məsləhətçisi

Çudov V.A.

Bunu paylaş: