Taliban Türkiyə ilə birgə addımlamaq istəyir?

 

Ankarada Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Əfqanıstanın XİN Əmir Xan Mottakinin görüşü keçirilmişdir. Bu görüş zamanı hər iki tərəf humanitar, təhsil, hərbi və siyasi vəziyyətləri müzakirə etmişdir. Görüşdə Əfqanıstan tərəfinin verdiyi xəbərə görə qurduqları yeni dövlətin möhkəmlənməsi üçün Türkiyənin təcrübəsinə ehtiyacları olduğunu qeyd etmişdir.

Türkiyə mətbuatının verdiyi xəbərə görə görüş yüksək səviyyədə baş tutmuş və yaxın günlərdə XİN Mövlud Çavuşoğlunun Əfqanstana səfəri gözlənilir.
Çavuşoğlu jurnalistlərə verdiyi müsahibədə Əfqanıstanda sabitliyin qorunmasının vacib olduğunu qeyd etmişdir. Türkiyə bu işdə rəsmi Kabilə yardım etməyə hazır olduğunu və dostluq münasibətlərinin qurulmasını dəstəkləyir.

Talibanın müvəqqəti hökuməti də anlayır ki, bölgədə Türkiyə geopolitik güclü mövqeyə malikdir. Bu səbəbdən Türkiyəsiz nəsə etmək mənasızdır.
Türkiyənin tarixi bağlarına və geopolitik gücünə görə əfqan xalqına yardım edəcəyi açıq görünür. Deyə bilərik ki, Taliban rəhbərliyinin ilk siyasi addımı, uğurlu alındı. Yaxın günlərdə bəzi məsələlər üzrəndə müqavilə imzalanacağı gözlənilir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın