Taliban cildində İŞİD terrorçuları, lakin biraz yumuşaq

 

Hər şey belə başladı: 2010-cu il Suriyada vətəndaş müharibəsi. 2013-cü il – Suriyada İŞİD terror qruplaşması baş qaldırdı. 2016-cı il – Amerikanın (Pentaqonun) verdiyi gizli məlumatlara görə, Suriyada 5 milyon nəfərə yaxın İŞİD terror qruplaşmasının üzvü var. 2021-ci il – ümumilikdə Suriya döyüşlərində ölənlərin sayı 300-500 min arası. Bəs 5 milyonluq İŞİD terror qrupu hara yoxa çıxdı? Müəyyən bir qismi Avropaya gəldiyi halda, çox bir hissəsi Əfqanıstan-Pakistan sərhəddinə yığıldı.

Bu gün Əfqanıstanda Talibanın baş qaldırması və 15 gün müddətində ölkəni işğal etməsi, Qərbin isə buna susqunluğu.

Əvvəla, Taliban 1994-cü ildən bir siyasi partiya kimi fəaliyyət göstərməkdədir. Lakin Amerika və NATO-nun Əfqanıstana gəlişindən sonra Taliban beynəlxalq aləmdə terror təşkilatı kimi elan edildi. Hətta gözə görünməyən məşhur terrorçu Usama Bin Ladenin də Taliban yetirməsi olduğu söylənildi.

Niyə Taliban bu qədər tez – ildırım sürəti ilə hakimiyyətə gəldi?

1) İlk öncə Taliban əfqanlar arasında böyük nüfuza malikdir. Fikir versəniz, görəcəksiniz ki, döyüşlər zamanı xalq Talibana müqavimət göstərmədi.

2) Amerika və NATO-nun Əfqanıstanda fəaliyyəti zamanı son 20 ildə Vaşinqton Kabula 85 milyardlıq silah yardımı etmişdir. Lakin Talibanlılar yeni müasir silahlar və yüksək döyüş qabiliyyətinə malikdirlər. Görünür, hər şey plan üzrə getməkdədir.

Niyə Amerika və NATO terror kimi tanıdıqları Talibana göz yumur, digər iki ölkə – Rusiya, İran isə gözləyir? Çin rəhbərliyi isə artıq Əfqanıstanın yeni sahibləri ilə əlaqə qurmağa da vaxt tapmışdır. Bəlkə də Çin və Amerika aralarında anlaşmışlar vardır.
Hələlik ilk olaraq hansı ölkənin “Poliqon” olacağını gözləmək lazımdır.

Əfqanıstandakı Taliban-İŞİD birliyi diqqətimizi bir şeylə çəkdi: Suriya və İraqda olduqlarından qat-qat mülayimdirlər. Əhaliyə qarşı isə “hələlik” sakit davranmaqdadırlar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın