Talan etməyə pul var, xalqa xərcləməyə yox

Azərbaycan hökuməti Mərkəzi Bankının (AMB) yeni binasının tikintisi üçün 450 milyon manat pul ayrıb. Bina 32 mərtəbəli, hündürlüyü 160 metr olacaq. Bu xəbəri özünü FB səhifəsində Amerika universitetlərindən birində dərs deyən, iqtisadçı alim Qubad İbadoğlu yazıb. Qubad bəy bu israfçılığı qınayıb, tikintiyə qoyulan xərclərin şişirdirlməsindən, varlı xarici ölkələrdə olan bank binalarının necə sadə olmasından yazıb. O, bu pulla nə qədər şəhid ailələrinin yeni mənzillə təmin edilməsini, neçə tələbənin xaricdə təhsil almasının mümkün olduğunu, yaxud nə qədər işğaldan azad olunmuş ərazilərin bərpasının mümkün olduğunu bir peşəkar iqtisadçı (“iqtisadiyyatçı” – İ. Əliyev) kimi dəqiq rəqəmlərlə göstərib. Büdcəni yanacağın qiymətini qaldırmaqla, yəni xalqın cibinə girməklə dolduran bu hökumətin bu hərəkətinə bir ad vermək olar – talanla müşaiyət olunan xalqa qarşı düşmənçilik. Bəli, bu pul yığmaq məsələsi deyil, bu, Azərbaycanda Əliyevlər ailəsinin siyasətidir.

Bu talan – düşmənçilik siyasəti 28 ildir Azərbaycanda davam edir. Bu talanda hər birimizin günahı var. Bizim laqeydliyimiz üzündən ölkə bu cür talan edilir. Artıq buna “SON” demək lazımdır.
Mütləq dövlət qurmalıyıq, bəsdir 28 il dövlətsiz yaşadığımız!

Şahin Sirvanlı

Bunu paylaş: