Tahir Kərimlinin üzr istəməsinin əsl səbəbi, 10 yaşadək uşaqlardır… 

“Milli Məclis”in deputatı Tahir Kərimlinin çıxışı maraq doğurmağa başlamışdır. Nəticədə isə, “Milli Məclis” in spikeri Sahibə Qafarova Tahir Kərimliyə etiraz etmişdir. Sonda, Tahir Kərimli anlamadığı bir vəziyyətdə xalqdan və Sahibə Qafarovadan üzr istəməli oldu.

Milyardlıq büdcəni tez nəyəsə dağıtmaq lazımdır, lakin xalqı düşünmək olmaz. Hərə özü üçün bir ideya verir, kimisi ev kirəsi axtarır, kimisi avtomobil almaq istəyir, beləliklə, “millət vəkilləri” hərzamankı kimi, özlərini düşünməkdədirlər.

Tahir Kərimli niyə üzr istədi?
Çoxları bunu avtomobil parkının, və yaxud kirayə qalanlara ev verilməsi ilə bağlayır.
Əsil səbəb Tahir Kərimlinin bir neçə gün əvvəl qaldırdığı məsələ olmuşdur. O bildirmişdir ki, 10 yaşa kimi uşaqlara dövlət müavinət verməlidir. Yəni heç olmasa, dövlət büdcəsindən 10 yaşa kimi vətəndaşlara “uşaq pulu” verilsin. “Millət Vəkili” nin bu çıxışı, görünür, hakimiyyətin xoşuna gəlməmişdir. İlk olaraq da Sahibə Qafarova etiraz etmişdir.

Azərbaycanda ən aktual məsələlərdən olan uşaq pulu verilməsi məsələsi hələ də, İlham Əliyev və hakimiyyəti tərəfindən rədd edilməkdədir.
Beləliklə, Tahir Kərimlinin bu məsələni qaldırmaqla, üzr istəməyi bir oldu. Xatırladaq ki, son vaxtlar hakimiyyətin hücumları Tahir Kərimliyə qarşı artmaqdadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın