Tahir Kərimli! Axı Sizinki niyə gətirmir? Bəlkə bir Moskvaya Zirəddinə baş çəkəsiniz

Tahir Kərimli mən son zamanlar çox götür-qoy edir və bizə hansı əcaib rəhbərin təşrif gətirəcəyi barəsində bir qənaətə gələ bilmirdim. Dediklərim yaşımı aşaraq başımdan böyük olmasın deyə düşüncəsinin işığına düşərək nəhayət bir yol seçdim. Tahir bəy biz adaşıq. Bəlkə buna görə bəxtimiz qara qurşaqdan uzaqlaşa bilmir. 1993-cü ildə Siz boğazınızı cıraraq qışqırırdınız ki, xalq hakimiyyətini devirmək olmaz. Bu  ağır faciələrə yol açacaqdır. Mən isə 10 ilə yaxındır ki,təqaüdümü kağıza,qələmə xərcləyib yazıram, sosial mediyada dərc elətdirib sübut edirəm ki, İlham Əliyevin varlığı  Azərbaycan xalqı və dövlətçiliyi üçün real təhlükədir və o hakimiyyəti dövründə Azərbaycana, dövlətə və xalqa qarşı etmiş olduğu cinayətlərə görə tam həcmdə cavab verməlidir.

Heç kim, o cümlədən, elə Sahibə Qafarova və onunla bir sırada duranlar   bu həqiqətin baş verməsinə şübhə ilə yanaşmasınlar. Bu tarixin gərdişindən doğur və buna görə də qacılmazdır.

Amma kəskin fərqimiz olduğundan mən düşüncələr girdabındayam. Axı öz gözlərimin şahidliyi ilə təsdiq edirəm ki. mənim çox hörmətli adaşım AXC-Musavat hakimiyyəti dövründə Bakı şəhər prokurorun kreslosundan qopmamaq üçün bütün xalqın eşidəcəyi (boğazı hiddətdən qurudu, səs cırlaşdı) səslə qışqıraraq bəyan etdi ki, xalq hakimiyyətinin təmsilçiləri onu Heydərə satacaqlarsa Tahir Kərimli intihar edəcək. Bu gurultulu bəyənatdan 30 (otuz il keçib. Tahir bu gün hesab edir ki, kimlərinsə (el arasında işlədilən dəqiq ifadə var) sahibi var, amma deputatın sahibi yoxdur. Deməli, ölkəyə sahibkarlıq mandatının Əliyevlərə satılmasında dolayısı iştirakı olmuş, sözünün üstündə dura bilməmiş    və İlham Əliyevin bazarında deputat mandatı ola bilmiş Tahir Kərimli indi də sahib axtarmaq zorundadır.

Yazıqlar olsun!!!

Sahibə Qafarovanın qılıncını belə siyirməyə vaxt itirmədən Kərimliyə hücuma keçməsi 1969-cu ildən 2021-ci ilə kimi olan dövrdə yaşadıqlarımı bir anın içərisində mənə  yaşatdı. Qafarova çox əsəbi halda hansısa təhqirlərdən, söyüşlərdən danışır. Tahiri öz kabinetinə apararaq həmin təhqirlərə qulaq asmağa məcbur edəcəyini təkidlə söyləyirdi.

 

Xanım Qafarova mən Sizə İlham Əliyevə vermiş olduğunuz rüşvətin hesabına rusların sifarişi ilə olduğunuz rüşvətin hesabına  spiker olduğunuzu xatırlatmağı lazım bilirəm. Müharibə dövründə Moskvada ermənilərin qapılarında vurnuxmanız barəsində də məlumatlar dolaşır. Bütün bunların bədəlini verməli olacaqsınız. Bir sualın cavabına isə elə bu gündən hazırlaşsanız xeyrinizə olar.

Doqquz ay bundan öncə İlham Əliyev Azərbaycanın vətən torpaqları uğrunda vermiş olduğu şəhidlərin qanının dayanlımasına imkan vermədən Kələntəryan =Lavrovun soxuşdurduğu Azərbaycan üçün lazımsız olan  kağıza imza atarkən niyə kükrəmədiniz, coşmadınız? İndi isə şərəfinin təhqir olunduğunu ehtimal etdiyiniz vətən xaininə yarımaq məqsədi ilə özünüzü cırmaqdan və bunu nümayiş  etdirməkdən məmnuniyyət  yaşayırsınız. Düşüncəniz çərcivəsində bunun əsas səbəbinin köklərinin çox dərində olduğunu fikirləşir və cavabdehlikdən qaçacağınıza yardımçı olacagına ümid edirsiniz. Qafarova bu düşüncə tamamilə yalnışdır və sizi dibi adi gözlə görünməyən uçuruma yuvarlandırmağa xidmət edir.

Əslinə qalsa mən Azərbycan MM-də 3-5 nəfər istisna olmaqla digərlərini deputat hesab edə bilmirəm. Qafarova sizə qaldıqda isə qoy Şəmkir rayonunun sabiq İcra başçısı, hazırda bir neçə həmkarı ilə birgə Şüvəlanda təcridxanada sakinlik edən Alimpaşa Məmmədov və 98 saylı Şəmkir seçki dairəsinin seçiciləri münasdibət bildirsinlər. Görək yaxın günlərdə keçmişlərin və üzüqaraların siyahısında özünüzə yer edəndə sizin üçün seçki protokollarının saxtalaşdıran daha neçə nəfəri özünüzlə sürüyüb aparacaqsınız. Onda sözsüz ki, kimin hansı şərəfin və ləyaqətin yiyəsi olduğunu başa düşəcək, hərəkət və hərəkətsizliyinizə görə peşimançılıq keçirəcəksiz.Təəssüflər olsun ki, bu hislər çox gec gələcək. O elə zamana təsadüf edəcəkdir ki, artıq heç bir şeyi dəyişmək mümkün olmayacaqdır.

İndi isə sözardı olaraq daxili intuisiyamın deputat Eldəniz Səlimov barədə gəldiyi nəticəni oxucularımla bölüşmək istəyirəm.

Mənim əzizlərim səmimi olaraq nəzər diqqətinizə catsırıram ki, bu İlham Əliyev siyasi texnoloqlarının sərsəm düşüncəsinin məhsuludur. Keçən əsrin 90-cı illərini yaşamış və bu gün həyata olanların  yadına bir şeyi salıram. 1994-cü ilin ikinci yarısında respublika əhalisinin ayıq təbəqəsinin böyük əksəriyyəti artıq Heydər Əliyevin əməlləri ilə söylədiklərinin arasında kəskin ziddiyətin olduğunu görür və bu barədə söz-söhbətlər də gəzməyə başlamışdı. Qocanın DTK burnu bu qoxunu digərlrindən ayıra bilir, qulaqları isə şəkdə idi. Digər tərəfdən, prezidentlik iddiasının olduğunu gizlətməyək və bunun üçün müəyyən resuslara malik Baş Nazir Surət hüseynovla siçan-pişik oyunu uzadıla bilməzdi. Hərəkətə keçmək lazım idi. Şəhərlərə və rayonlara göstəriş gəldi ki, hər biri onlar üçün müəyyənləşdirilmiş sayda olmaqla adamı,komanda verdikdə, Bakıya göndərilmək üçün  hazırlamalıdır. Onların içərisində Naxçıvanlılar və Ermənistan qaçqıınları əksəriyyət təşkil etməlidirlər. 10-12 günə hazırlıq işləri başa çatdırılır. Sumqayıtdan adamları Bakıya aparmalı olan sərnişin nəqliyyatı vastələrinin dövlət nömrə nişanları və sürücülərin barəsində məlumat da razılaşdırıdı. Tədbirdə Sumqayıtdan bir nəfərin çıxış etməyə hazır olması tapşırığı verilmişdi.

Nəhayət komanda gəldi. Sumqayıtda adamlar təsərrüfat rəhbəri tərəfindən tərtib edilərək möhürlə təsdiqlənmiş silahlar üzrə avtobuslara əyləşdirilərək Bakıya yola salındı. Mitinq oldu. Sumqayıtlılar adından mətni əslən Naxcıvanlı olan Həsən Məmmədov oxudu. Surət Hüseynov tribunaya qalxmaq istəyərkən onun mühafizəsi tərkisilah olundu. Aşağı

 

düşərkən isə Surət bəy Baş Nazirin kabinetini MTN-in zirzəmisi ilə dəyişməli oldu. Beləliklə, yuxarıdaqeyd etmiş olduğum oyun öz məntiqi nəticəsinə çatır. Sonradan H.Əliyevin o vaxtkı ruporları Sirus Təbrizli (bu sadəlövlüyünə görə o dərin peşmançılıq çəkə-çəkə dünyadan köçdü) başda olmaqla H.Əliyevin hamıya insanların kimin arxasında olduğunu əyani şəkildə göstərmək üçün xalqa müraciət etdiyini və onların dərhal Bakının mərkəzi meydanına axaraq xilaskarının arxasında olduğunu bütün dünyanın gözü qarşısında təsdiq etdilər.

Bunun masştabı görünməyən yalan olduğunu Rəsul Quliyev çıxışlarında bir-neçə dəfə demişdir.Gərək bağışlayasınız Qafarova sizin  bu Eldəniz məsələniz də yuxarıda qeyd etdiyim böyük yalanın balasına çox oxşayır. Demək istəyirəm ki, sevinəndə ağaya misilsiz xidmət göstərilməsi miqyasında yox, siyasi korafəhimlik uçbatından, özünün də xəbəri olmadan,ayrılmış rolu oynamış aktyor məmunluğu çərçivəsində sevinin. Nə isəxanım sizinki də deyəsən gətirmir.Yəqin ki, Oktaydan kreslonun halallığını almamısınız. Buna görə də irəliyə atdğınız atdımlarınız sizi geriyə, uçurumun dibinə aparır. Bur fikirləşin də! Amma çor da qəm  yeməyin Oktayın halal-haram barədə anlayış sahibi deyildir.O,İ.Əliyevlə birgə avanturaya girərək Oğuz – Qəbələ-Bakı su kəmərini çəkdirdi.Bu yolla cinayətkar cütlük   400mln. Manata yaxın büdcə  vəsaiti mənimsədi.Uzağı  iki ilə həmin kəmərin  istismarı  dayandırılmayacaqsa o dilbər guşə cəhənnəmə çevriləcək  flora və faunası məhv  olacaqdır.

Eldəniz bir Allaha and olsun ki, Sizi o vicdanlarını itirmiş mənfurların cərgəsindən qaparaq, kişilər xərgəsinə qoşulmağa hazırlaşmanız münasibəti ilə təbrik edərdim. Birdən oxucular mənim nəyi isə səhv saldığımı düşünərlər. Təbriklər saraya qalsın. Səbəblər çox olacaq.Amma yağlı təbriklər adaşımın halal haqqıdır.Qoy  MM sevinsin oradr da bir kişi əyləşir.

Təklifim budur ki, heç olmazsa indi məsuliyyətli olun. İlham Əliyevə yarnmaq, yaltaqlanmaq eşqini özünüzdə öldürün. Vətənin, ölkənin taleyini düşünün. Mövcud rejimin xarici ölkələrə axıtdığı milyardlara Avro ilə ölçülən vəsait oğurluq pullardır. Onlar qəpiyinə qədər həbs altındadır, elə heç vaxt geri qaytarılmayacaqdır. İlham Əliyev və Mehriban Əliyeva və onların özləri ilə cəhənnəmə sürüklədikləri Əli həsənov,  Əli Əsədov, Artur Rasizadə,  Oktay Əsədov, Hacıbala Abutalıbov,  Zakir Qaralov, Rüstəm Usubov, Ramin Usubov, Əli Həsənov, Qafarova, fikrət məmmədov, Fuad Ələsgərov, Əli Əsədov, Kamran Əliyev, Ramiz Rzayev, Vilayət Eyvazov, Ramiz Zeynalov, Əli Əhmədov, Ziyafət Əsgərov, Əli Hüseynli, Məzahir Pənahov və minlərlə başqaları birmənalı başa düşməlidirlər ki, onlar cinayətkar rejmin qurucuları, aparıcı gücləri və qurbanlarıdırlar. Xalq; və dövləti talayaraq daxildə və xaricdə gizlətdikləri sərvətlər dar gündə nəinki köməklərinə çatmayacaq, əksinə onların istifadəyə yararsız əşya kimi zibilliyə tullanmaların; sürətləndirməyə xidmət edəcəkdir.

Tarixdə bu tərkibdən olan nümunələr kifayət olduğundan qat-qat çoxdur. Heç uzağa getməyə də ehtiyac yoxdur. İran şahı Rza Pəhləvanovun ləl-cəvahiratla dolu təyyarəsini dünyanın heç bir hava limanı qəbul etmədi. Rza təyyarədəcə həyatla vidalaşdı.

Yaxın gələcəkdə Azərbaycan dünyaya bundan da dəhşətli nümunə təqdim edəcəkdir. Bu barədə ətraflı növbəti yazıda.

Oxucularına dərin hörmət və hədsiz sayqılarla:

Tahir Babayev:   (055) 577-53-11

 

 

 

Bunu paylaş: