Təyin olunan məmurlar gələcəyimizi məhv edir

 

Təhsilimiz o qədər bərbad vəziyyətdədir ki, müəllimlərin, direktorların aylıq məvacibini büdcədən ayrılan hesabla deyil, şagirdlərdən hər ay toplanan pul müqabilində, maaşlarını ödəmək niyyətindədirlər. Açıq aşkar təhsil naziri Emin Əmrullayev bunu açıqlamasında bildirib. Üstəlik, dövlətin gücünün müəllimlərə ayrılan məvacibə yetmədiyini bildirir.

Ölkədə cəmlənmiş büdcə oğrularını, oliqarxları, məmurları bir kərəlik silkələyəndən sonra, Azərbaycanı “Dubaya” çevirə bilərlər.
MM-in Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə təhsil nazirinin işlətdiyi ifadələrlə razılaşmayıb, məktəblərdə yığılan pulun qanunsuz olduğunu qeyd edir. Bu kimi halların baş verməsi neqativ halların yaranmasına səbəb olacağını qeyd edən Ceyhin Məmmədov dövlətin məktəblərə ayırdığı maliyyə vəsaitinin yetərli olduğunu düşünür.

Emin Əmrullayev düşünmədən işlətdiyi ifadələrə görə,xalqdan üzr istəməli olacaq. Exs – təhsil naziri Misir Mərdanovun vaxtında da məktəblərdə baş verən bu özbaşınalığa görə,ciddi xəbərdarlıq edilmiş olsa da, nəticə etibarı ilə müsbət irəliləyiş əldə olunmayıb. Bu səbəbdən də təhsil ocaqlarında bu ənənə davam etməkdədir.

Bir neçə müddət öncə məktəb direktorunun müəllimlərə hədə – qorxu gələrək, sosial şəbəkədə yayılmış səs yazısı buna bir sübutdur. Görünür, vəzifəyə təyin olunan məmurlar, sadəcə yığıcılıqla məşğul olurlar. Ölkədə vicdanı təmiz, ləyaqəti ilə xalqa xidmət edəcək bir kəs qalmayıb (əslinə qalarsa var). Olsaydı, Mikayıl Cabbarova bir neçə vəzifə həvalə olunmazdı.
Bu cür nazirlərlə gələcəyimiz məhv olur. Gələcəyimiz ortaq məxrəc isə bundan ibarətdir: Təyin olunan məmurlar Azərbaycan xalqının gələcəyini məhv etmək üçün vəzifəyə təyin olunublar.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın