Təxribatların arxasında Rusiya durur və məqsədi Azərbaycanın bu Sammitə qoşulmasının qarşısını almaqdır!

Hörmətli oxucular, sizlərə Azərbaycan Ermənistan arasında gərginliyin artması barədə xəbərdarlıq etmişdik. Nəhayət ki, Ermənistanın Azərbaycana qarşı olan təxribatları sərhəddə vəziyyəti gərginləşdirməyə başladı. Sentyabr ayının 12 – dən başlayaraq atəşkəs cənub və şimal sərhədləri boyu pozulmuşdur. Nəticədə hər iki  tərəfdən hərbi canlı qüvvə və texnikanın itkilərinin olduğu qeyd edilir.

Niyə sülh danışıqlarına getdiyi zaman Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdədir?
Əslində rəsmi İrəvan anlayır ki, hər bir təxribata Azərbaycan tərəfi sərt və artıqlaması ilə cavab verir. Üstəlik də onlar hər an Zəngəzuru da itirə bilərlər. İnanmıram ki, Nikol Paşinyan bu vəziyyəti anlamasın.

Bəs səbəb nədir?
Hörmətli xalqımız, sizlərə liderlərin son Brüssel görüşündən  sonra Kremlin bölgəyə müdaxilə edəcəyi barədə xəbərdarlıq etmişdik.
Hər kəsə aydındır ki, Moskva Azərbaycan Ermənistan gərginliyini yaradan biri kimi oyundan kənarda da qalmaq istəmir. Buna görə hər dəfə Azərbaycanla Ermənistan arasında gərginlik yaradır ki, danışıqların  istiqamətini öz üzərinə dəyişə bilsin.
Bu gün olan təxribatlar isə, 44 günlük müharibədən sonra ən  geniş atəşkəs pozuntusudur.
Hər dəfə təxribatlar bir rayon üzərində və bir neçə saatlıq baş verirdi. Bu gün isə, Zəngilan, Kəlbəcər, Laçın, istiqamətində baş verməsi şübhə yaradır.

Bunun səbəbi nədir?
Bu gün sərhəddə gərginliyin artmasına səbəb, Rusiyanın Ermənistan üzərindən Azərbaycana xəbərdarlığıdır. Məsələ burasındadır ki, bu yaxınlarda Avropa İttifaqının Sammitinə Gürcüstan, Moldova və Ukrayna ilə birlikdə Azərbaycan da dəvət almışdır.
Bu Sammitdə isə, enerji, Rusiyaya qarşı mübarizə, Şərq ölkələrinin Qərbə inteqrasiyası barədə məsələlər müzakirə olunacaqdır. Kreml də bu səbəbdən rəsmi Bakıya təzyiq etməyə çalışır. Bu gün sərhəddə baş verən geniş miqyaslı gərginliyin arxasında Kremlin Azərbaycana xəbərdarlığı durmaqdadır. Bir sözlə, rəsmi Bakı bundan da dəhşətli təxribatlara hazır olmalıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın