Təxribatçı Ermənistan iş başında, ehtiyatlı olaq

Ermənilər Qarabağda uduzduqlarını görüb, indi də başqa yola əl atır. Daxildə çəkişmələr yaratmaq üçün, sosial şəbəkə və youtube vasitəsilə Azərbaycan xalqına yönəlik, təxribatçı statusları paylaşıb, xalq və hakimiyyət arasına nifaq salmaq istəyir. Hərçənd ki, buna nail ola bilməyib və nail də ola bilməyəcəklər. İndiki zamanda millətimiz və Azərbaycan xalqı arasında vəhdət təşkil olunub, birlik nümayiş etdiririk və bu səmimi hisslərdir. Xalqımız arasında milli ruh və birlik hökm sürür. Bunun qarşısını isə nəinki işğalçı Ermənistan, hətta heç bir ölkə belə ala bilməz. Qarabağımızı geri qaytarmayınca, bizi bu yoldan heç bir qüvvə döndərə bilməz. Sosial şəbəkələrdə paylaşılan saxta erməni statusları isə işğalçı Ermənistanın “KQB” işçiləri tərəfindən yazılması haqqında məlumatlı olduğumuzu da qeyd edə bilərəm.
Burdan separatçılara səslənərək qeyd etmək istəyirəm ki, sizin bu kimi paylaşımlara bizim gözümüz toxdur. Sizin nə kimi murdar bir qövm olduğunuzu da çox yaxşı bilirik. Odur ki, hansı yollara əl atmış olsanız belə, qarşınızda daima bizi görəcəksiz və kabusunuza çevriləcəyik..

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: