Təşkilatçılığı olmayan xalqın sonu…

Dünən Belçikada Azərbaycan səfirliyinin qarşısında hər zaman olduğu kimi yeni bir ermeni təxribatı törədilib. Düşmən bu dəfə daşla, şüşə ilə səfirlik binasına hücum edib.

Gec də olsa hücumun qarşısını Belçika polisi ala bilib. Aldığımız məlumata görə çox sayda soydaşımız ciddi xəsarət alıb. Belə vaxtlarda İlham Əliyevin daxili və xarici siyasetini necə apardığını görmək istərdim. Bəzi dövlətlərdə ermənilərin rəsmi səfirlik binalarını hədəf seçməsi, beynəlxalq cinayət kimi qeyd edilir. Artiq sizində öz dünya siyasətinizi ortaya qoymaq zamanı çatıb. Ancaq bütün bu olanlara baxmayaraq hələdə hakimiyyət susur.

Niyə Azərbaycanda Qarbağımızı tələb edənlər, müharibə tələb edənlər həbs edilir? – Niyə xaricdə Qarabağ tələb edənlər hücumlara məruz qalırlar?

Burda bildirmək istərdim ki, nə orada ,nə burada bu qədər olanlara rəğmən, nə indiki hakimiyyət nə isə tədbir görür, nə də dünya siyasəti?

Hamı susur…

Bunu paylaş: