Tərtər qətliamında Rusiyanın barmaq izləri

 

(Tərtər qətliamının gizlinləri üçüncü yazı)

Sosial şəbəkələrdə vaxtı ilə Rusiyanın, Ramazan Kadırova üç yüz min çeçen vətəndaşını öldürməsi, onlara işgəncə verilməsi sifarişinin verildiyi məlumatı yayılıb.
Kadırov da Kremlin bu sifarişini canla – başla yerinə yetirib.
Aldadılaraq müəyyən bir yerə gətirilən çeçen mücahidlərinə qarşı çox amansız rəftar olunub. Ölən ölüb, mühacir olanlar xarici dövlətlərə sığınıblar, əsir götürülmüşlərə ( bəli, məhz öz ölkəsində əsir düşmüşlərə) isə
çox amansız işgəncələr verilib.

Əsas da odur ki, işgəncə metodları, məhz Tərtər qətliamı zamanı istifadə olunan metodlar olub.
Bir neçə gün əvvəl Azerfreedom TV – də Tərtər qətliamında zərərçəkən Qorxmaz Qasımovun dediyi kimi, çeçen mücahidlərə də başqa işgəncələrlə bərabər düz bağırsağına elektrik cərəyanı verilməklə işgəncə verilib. Belə işgəncə spesifikdir və eyni mərkəzdən sifariş və instruktaj olunduğu şübhəsizdir.
Bəli, 30 ildir müstəqil dövlət olsaq da, hələ də Moskvanın sifarişi ilə, KGB – nin insanlıq əleyhinə kəşf etdiyi işgəncə metodları ilə Azərbaycan idarə olunur.

Tərtər qətliamının sifarişçilərini uzaqda axtarmaq lazım deyil– Rusiya Azərbaycan hakimiyyətində yerləşdirilmiş öz agentlərinin vasitəsi ilə həyata keçirib.
Əlbəttə ki, bu qətliam PKK ilə işbirliyi olan Xanlar Vəliyev və onun əlaltıları kimi xainlərin də işinə yarayıb.
Tərtər qətliamı bir xalqın məhvinə hesablanmış dəhşətli cinayət aktıdır və bu hadisəni törədənlər gec və ya tez qanun qarşısında cavab verməli olacaqlar.

Şahin Sirvanlı.

 

Bunu paylaş: