Tərtər qətliamında PKK izi

 

Məlumunuz olduğu kimi, altı aydan artıqdır ki, Tərtər qətliamı ilə əlaqədar Azerfreedom TV – də tədqiqatlar aparılır. İki yüzdən artıq canlı şahidlərin və zərərçəkənlərin şahidliyi ilə bir çox mətləblər ortaya çıxıb. Məlum olur ki, Rusiya kəşfiyyat orqanları Azərbaycan Ordusunda və bir sıra digər mühüm dövlət orqanlarında yerləşdirdiyi casus şəbəkəsi vasitəsilə, qabaqcadan planlaşdırmaqla, qəhraman əsgər və zabitlərimizə olmazın işgəncələr vermiş, öldürmüş və sonradan Azərbaycan Ordusu sıralarından uzaqlaşdırmağa nail olmuşlar.

Azerfreedom TV – nin təşəbbüsü ilə
20 sentyabr tarixində Azərbaycan respublikasının Baş Prokurorluğun qabağında “kütləvi şikayət ərizəsi vermə” aksiyası keçirmək qərarı verildikdən sonra bir sıra zərərçəkənləri yerli polis şöbələrinə telefon vasitəsilə polisə çağırma kompaniyası başlayıb.

Maraqlı odur ki, polis çağrışları şifahi, yəni qeyri – rəsmi olub və əsasən Xanlar Vəliyevin “kurasiyasında” olan rayonlarda baş verib.
Bütün bunlar bir daha göstərir ki, Bəylər Əyyubov başda olmaqla, PKK Azərbaycanın bir çox rayonlarında, xüsusilə Gəncəbasar və bu gün də Ermənistan və Rusiyanın nəzarətinə olan Qarabağla sərhəd rayonlarda hələ də at oynatmaqdadır.
Azərbaycan xalqı bütün bunlara qarşı yalnız bir yumruq kimi təşkilatlanaraq birləşməklə müqavimət göstərə bilər.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın