Tərtər qətliamının gizlinləri…

 


Son zamanlar Azerfreedom TV Youtub kanalında Tərtər qətliamınına həsr edilmiş silsilə verlişlər gedir. Hər dəfə bu mövzuda bir yazı yazmağa hazırlaşarkən, əvvəlkindən daha dəhşətli məlumat daxil olur. Xalqımıza və Ordumuza bu cəhənnəmi yaşadan kimlərdir, onların məqsədi nədir, ölkənin başında duran şəxs bu hadisələrə nə qədər yaxındır…
Suallar çox, cavab verən isə yoxdur.
Bu suallara bu hadisələrdən zərərçəkənlər də cavab tapa bilmirlər, baxmayaraq ki, döymədiyi qapı, yazmadığı ünvan qalmamışdır.


Tərtərdə nə baş verib?
Hələlik ilkin versiya budur ki, 2016 – cı il Lələtəpə əməliyyatı zamanı ordumuz bir sıra əraziləri ələ keçirmiş və ölkə prezidentinə məruzə etmiş, sonradan müəmmalı şəkildə, həmin əraziləri əldən vermişdir.
Bu uğursuzluğu orduda “satqın var” bəhanəsi ilə ört – basdır etmək üçün aşağı ranqlı əsgər və zabitlərə divan tutulmuşdur. Həmin döyüşlərdə igidlik göstərmiş əsgər və zabitlərə qarşı isə daha amansız rəftar edilmişdir.

Lakin sual olunur: ölkə prezidentini aldatmaq belə asandır? Axı onun informasiya almağa bir neçə əlavə bir – birindən asılı olmayan kanalları var. Yaxud 4 ildir zərərçəkənlər ortalığa hadisələrin qəsdən törətdldiyini təkzibolunmaz faktlarla sübut ediblər. Bunları ölkə prezidenti bilmir? Yaxud, indi məlum olur ki, təkcə Tərərdə yox, başqa hərbi hissələrdə də buna bənzər hadisələr baş verib.
Hadisələrin ümumi mənzərəsi odur ki, Azərbaycan Ordusuna qarşı total, təşkilatlanmış bir çətə şəbəkəsi mövcuddur. Bu şəbəkənin ordu rəhbərliyində, hərbi prokurorluqda, məhkəmə sistemində, hərbi qospitalda, mətbuatda və s. dayaqları vardır.
Bu şəbəkənin əlində yüksək səlahiyyət və böyük maliyyə var.

Tərtər qətliamı ilə əlaqədar tədqiqatlar aparan, vaxtıilə Azərbaycanın xüsusi xidmət orqanlarında işləyən Ərəstun Oruclunun hələ 11 aprel 2018 ci ildə yazdığı və bu gün də aktual olduğu üçün öz FB səhifəsində yerləşdirdiyi məqaləsinə görə, bu qətliamın başında, şərti adı “kürd mafiyası” olan Bəylər Eyyubov dəstəsi durur.
Ə. Orucov kifayət qədər informasiyalı adamdır və keçmiş əməkdaşları ilə əlaqələri var.


Tərtər qətliamının əsas məqsədlərindən biri Azərbaycan Ordusunun say – seçmə oğullarını “sındırmaqla” ordunun döyüş ruhunu zəiflətməkdir. Sifarişi verən isə Rusiyadır. Ərəstun bəy həmçinin Azərbaycanın Hərbi Dəniz Donanmasının rəhbəri Şahin Sultanovun da qanunsuz həbsini də Rusiyanın sifarişi ilə həyata keçirildiyini yazır. Belə ki, Ş. Sultanov donanma üçün İsraildən alınmış dənizaltı radar sistanini quraşdırmaq istəyirdi və bu da Şimal qonşumuzun xoşuna gəlməmişdi.

Məhz bu həbsdən sonra Xəzərin statusu Rusiyanın istədiyi kimi həll olundu və faktiki olaraq Rusiyanın hərbi dəniz qüvvələri Bakının 15 km – lik məsafəsinə qədər yaxınlaşmağa hüquqi əsas əldə etdi.
Ə. Oruclu, İ. Əliyevin bu məsələlərə müdaxilə etməyəcəyini bildirir və səbəb kimi isə onun ( İ. Əliyevin) hakimiyyətinin əsas dayaqlarından biri, məhz həmin “kürd mafiyasının” olduğunu iddia edir.


Əslində Ordumuza qarşı olan bu qətliam 1993 – cü il dövlət çevrilişindən sonra hakimiyyətə gəlmiş xunta rejiminin xalqımıza qarşı apardığı işğalçılıq siyasətinin tərkib hissəsidir. Lakin Tərtər qətliyamının miqyası və xüsusi qəddarlıqla həyata keçirilməsindən insan dəhşətə gəlir. Hakimiyyətin biganəliyi isə heyrət doğurur.
Belə görünür ki, belə qətliyamların qarşısının alınması məsələsi ölkədə Milli hökumətin qurulmasından keçir.
Lakin Tərtər qətliama cavab isə məhz bu gün verməlidir.

Şahin Sirvanlı.

 

Bunu paylaş: