Tərtər qətliamı zamanı işgəncələrə məruz qalmış, şikəst edilmiş, indi isə öz yerlərinə bərpa edilmək üçün geri çağırılmış zərərçəkmişlərin nəzərinə

 

4 aydır ki, 100 lərlə zərərçəkmiş efirlərdən öz haqlarını tələb edir, başına gətirilənlərdən danışır, sizlər isə susursunuz. Sizi sizin qara gözünüzə, qara qaşınıza aşiq olub geri qaytarmırlar. Sizləri susdurmaq, tamamilə sıradan çıxarmaq, məhv etmək üçün geri qaytarırlar. Bu iş öz- özünə baş vermədi, bu iş efirlərə çıxıb danışan zərərçəkmişlərin danışması nəticəsində baş verdi. Özünüzə sual verin; İndiyə qədər niyə qaytarmırdılar?
Siz geri qayıdarkən ilk öncə sizin əvəzinizdən danışan (siz susursunuz, onlar isə danışır) insanların üzünə tüpürmüş olursunuz. Siz öz dövlətinizin, öz övladlarınızın gələcəyini 300 – 500 manata satmış olursunuz. Çünki geri qayıdarkən həmin xəyanətkar generalların tabeçiliyində xidmət etməli olacaqsınız. Tarix təkrarlana bilər.
Tezliklə bu iş öz qanuni həllini tapacaq, efirlərə çıxan zərərçəkmişlərə milyonlarla təzminat ödəniləcək, geri qayıdanlar isə 300-500 manatla kifayətlənəcəklər. Hələ onu da ala bilsələr, yəni sağ qalsalar.
Və nəhayət, sizin orada işləmə müddətiniz ( əgər ona qədər “bədbəxt hadisə” nəticəsində məhv edilməsəniz) AzerFreedomun bu işdən əl çəkməsinə qədərdir.

AzerFreedom bu işdən əlini çəkən andan ( yəni əksər zərərçəkmişlər geri qayıtsalar, sussalar) sizləri kütləvi olaraq məhv edəcəklər, necə ki, 2017 – ci ildə məhv etdilər. Xalq sizlərə ikinci dəfə dəstək verməyəcək, özünüz də batacaqsınız, xalq da, dövlət də.
P.S. AzerFreedom kanalına çıxın, öz dərdinizi danışın, danışın ki, bu iş tezliklə öz qanuni həllini tapsın. Özünüzü, övladlarınızı, dövlətinizi gözünüz görə – görə oda atmayın. Çünki həmin xəyanətkar generallar və onların əlaltıları yenə iş başındadırlar.

İbrahim Azər

Bunu paylaş:

Bir cavab yazın