Tərtər işindən yeni xəbərlər

Bir ildən çoxdur ki, “Azerfreedom TV YouTube” kanalında Məmmədov Qurban Cəlaloğlunun təqdimatında istintaqı gedən “Tərtər 1767” cinayətinin ilk nəticələri öz bəhrəsini verməkdədir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun yaydığı məlumata görə həmin qətliamı törədən bir neçə hərbçi və yaxud keçmiş hərbçilər həbs edilmişdir.

Həbs edilən şəxslər: Ağayev Fuad Ramiz oğlu, Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham olunurlar. Baş Prokurorluğunun verdiyi məlumata görə zərərçəkmişlərdən 280 nəfərin istintaqı yekunlaşdığı halda, 397 nəfərin istintaqı hələ də davam etməkdədir. Görünür, zərərçəkmişlərin sayının getdikcə artacağı istisna olunur.

Digər xəbərdə qeyd olunur ki, 2017 – ci ilədə Tərtər hadisələri zamanı şərlənərək qanunsuz həbs edilən hərbçilərin işinə yenidən baxılması zəruridir. Bu o deməkdir ki, həbsdə olan hərbiilərdən vətənə xainlik maddəsi geri götürülür və onların işinə bəraət verilir.

Sevindirici haldır ki, bu işdə haqq-ədalət öz yerin tapdı. Qəhrəman və Tərtər cinayətinin açılmasında böyük fədakarlıq göstərən insanlardan biri Validə xanımın oğlu Quliyev Elçin Mətləb oğlu ölümündən sora günahsız olaraq bəraət almışdır.
Nəhayət ki, şəhidimiz Elçin Quliyevin ruhun şad ola bilər.
Hələlik Baş Prokurorluq tərəfindən verilən məlumata görə istintaq davam etməkdədir.


Demək olar ki, Tərtər cinayətində xalqımızı maraqlandıran məsələlər və səbəblər başqadır; İlham Əliyev və hakimiyyəti bilməlidir ki, əsl cinayətkarlar hələ azadlıqdadır.
“Tərtər 1767” cinayətinin əsl səbəbkarları Hikmət Həsənov, Xanlar Vəliyev, Nəcməddin Sadıkov, Zakir Qaralov, Zakir Həsənov və bir çoxları hələ də azadlıqdadır. Hər halda, inanırıq ki, istintaq zamanı qısa bir vaxtda yuxarıda adını çəkdiyimiz əsl xainlər də həbs ediləcəkdir. Əgər bu xainlər həbs edilməsə, dövlətimizin gələcəyi sual altına düşə bilər.

Sonda isə, Tərtər cinayətinin açılmasında böyük əməyi olan Məmmədov Qurban Cəlaloğluna, Ərəstun Orucluya, Oktay Gülalıyevə, İlham Aslanoğluna, “Azerfreedom” ailəsinə və digər insanlara minnətdarlığımızı bildiririk. Bu gün bu insanlar olmasaydı, günahsız öldürülən hərbçilərimizin ruhları şad olmazdı və qanunsuz şərlənərək həbs edilən hərbçilərimizin özlərinin, yaxınlarının haqq-ədalət sevinci olmazdı. Bir daha Tərtər qətliamında ədalətin bərqərar olmasında zəhməti keçən bütün şəxlərə minnətdarlığımızı bildiririk.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın