Tərtər işində daha bir deputat dilə gəldi

 

Nəhayət ki, “Tərtər işi” ilə bağlı Azərbaycan Milli Məclisində olan bəzi deputatlar da danışmağa başlayıb. Fazil Mustafadan fərqli olaraq Vahid Əhmədov dəqiq və qətiyyətli yanaşma ilə çıxış edib. O, Azərbaycan ordusunun dünyada güclü ordular sırasında yer aldığından və bu səbəbdən də ordumuza qarşı bu cür halların baş verməsini yolverilməz adlandırıb. Deputatın sözlərinə görə Tərtər işində vəzifəsindən və kimliyindən asılı olmayaraq, əli olan bütün şəxslər cəzalanacaqlar.

Baş Prokurorluğun “Tərtər işi” ilə bağlı açıqladığı 4 nəfərin həbsindən sonra, həbslərin genişlənəcəyi barədə proqnozlar var. Təbii ki, bu belə olmalıdır, hərbçilərimizə qarşı baş verən işgəncələrdə iştirak etmiş, icra etmiş, sifariş vermiş bütün xainlər həbs olunmalıdırlar.

Vahid Əhmədov daha sonra qeyd etmişdir ki, yeni istintaq qrupunun yaradılmasından sonra, zərərçəkmişlərin sayı getdikcə artmaqdadır.
Bu çıxışında millət vəkili, bir daha bu dəhşəti hərbçilərimizə qarşı icra edənlərin daxildən və “xaric” – dən sifariş aldıqlarını bildirmişdir.
Vahid Əhmədovun bu sözü təstiq edir ki, ordumuzda olan yüksək rütbəli (generalların, polkovniklərin) zabitlərin bir qismi xarici kəşfiyyat orqanlarına (əsasən Rusiya) çalışırlar.

Düşünürük ki, xalq olaraq istintaqın sonun gözləməliyik.
İstintaqdan sonra Vahid Əhmədovun dediyi kimi, əli olan hər kəs cəzalanacaqmı?
Yoxsa, bir neçə nəfər aşağı vəzifəliləri həbs edib istintaqı bağlayacaqlar? Hələlik, sadəcə, gözləyək…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın