Tərtər işi AŞPA-da

 

Tərtər qətliamına hakimiyyətin susqunluğu bizləri hansı addımları atmağa məcbur edir? Ortada bu qədər zərərçəkmiş, şahid ola-ola hakimiyyətdən niyə heç bir reaksiya yoxdur. Tam əksi, biz Tərtər qətliamında adı çəkilən, iştirakçı və təşkilatçıların mükafatlandırıldığını, dövlət televiziyalarında xalqa həyasızcasına qəhrəman kimi sırındığının şahidi oluruq. İlham Əliyev bu hərəkəti ilə təkcə Azərbaycan xalqına yox, həm də beynalxalq təşkilatlara meydan oxuyur. Əgər bu baş verənlərə ölkə hakimiyyəti vaxtında reaksiya versəydi, ordumuza qarşı cinayət törədənləri, bu cinayəti təşkil edənləri, sifarişçiləri vaxtında cəzalandırsaydı, zərərçəkmişlərə dəymiş maddi və mənəvi zərər dövlət tərəfindən qarşılanıb ödənilsəydi, bu iş beynəlxalq müstəviyə də qalxmazdı. İlham Əliyev niyə inad edir? Nəyə və kimə güvənir? Bu məsələnin AŞPA-ya bu şəkildə çıxmasının tək və yeganə günahkarı var– bu, Azərbaycan hakimiyyətidir. Çünki Azərbaycan hakimiyyəti bizim və ictimaiyyətin tələblərinə məhəl qoymayaraq bu işin araşdırılmasında bir addım belə atmadı. Xatırladım ki, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən müvafiq bir geyd əvvəl də olubdur. Amma o zaman məsələylə bağlı məlumat az idi. Bu gün isə Azerfreedom Tv-nin apardığı iş sayəsində məlumat bazası daha da genişlənib. Burda xüsusilə qeyd etmək istədiyim bəzi təhlükəli məqamlar var; Bu günə qədər özünü kənara çəkmiş qrant dəllalları və Azərbaycan hakimiyyətinin lobbiçiləri hərəkətə keçıb çalışacaqlar bu məsələni tamam başqa müstəviyə aparıb işi korlasınlar.

 

Bütün beynəlxalq müstəviyə çıxan məsələlərdə onlar yalnız özü üçün maraq və mənafe güdərək bu işələrə qoşulurlar. Bu sxem artıq hər kəsə məlumdur. İstər İşgəncələr Komitəsinə, istərsə də AŞPA-ya Turan agentliyi tərəfindən verildiyi deyilən rəqəmlər kiçildilmiş rəqəmlərdir, yalandır, həqiqəti əks etdirmir. Ona görə də baş verənlərin dünyaya olduğu kimi çatdırılması və bu yanlış məlumatları verənlərin ifşa olunması üçün Azerfreedom ailəsi fəaliyyətini gücləndirməlidir, beynəlxalq təşkilatlarla birbaşa əlaqə saxlamalıdır. Bu işi qrandxorların və dələduzların öhdəsinə buraxmamalıdır.

Əliəşrəf Məmmədov.

 

Bunu paylaş:

Bir cavab yazın