Tərtər hadisələrinin istintaqı barədə

 

Tərtər hadisələrinin yenidən araşdırılması məqsədi ilə dekabr ayının 16-da Pespublikanın Baş Prokurorlugunda cinayət işi qaldırılmaqla böyük bir istintaq qrupu yaradılmışdır. Verilən məlumatlara görə bu istintaq qrupu 2017-ci ilin aprel-may aylarından başlayaraq Hərbi prokurorluq tərəfindən aparılan istintaq zamanı, istintaqa cəlb edilən hərbçilərə tətbiq edilən amansız işgəncə faktları və bu işgəncələr zamanı, on nəfərdən artıq hərbçinin qətlə yetirilməsi faktlarını araşdırmalıdır. Bununla bağlı aşağıdakı hüquqi məsələləri Respublika prokurorluğunun və ictimaiyyətin nəzərinə çatdırmağı zəruri hesab edirəm:

Məlum olduğu kimi, Baş Prokurorluq tərəfindən verilən açıqlamada göstərilirdi ki, 2017-ci ildə aparılan istintaq zamanı istintaqa cəlb edilən çoxsaylı hərbçilərə qarşı ictintaq orqanı tərəfindən amansız işgəncələrə yol verilmiş və nəticədə 5 cinayət işi üzrə bu cinayətləri törətmiş 19 nəfər məsuliyyətə alınaraq məhkum olunmuşdur. Bu o deməkdir ki, istintaq orqanı tərəfindən guya, hərbçilərin casusluqda ittiham edildiyi və saxta hökmlər üzrə məhkum edilmiş şəxslər barəsində çıxarılmış hökmlər üzrə cinayət işlərinin istintaqı zamanı, istintaqa cəlb edilən şəxslərə qarşı kütləvi şəkildə fiziki zorakılıq və amansız işgəncə metodları tətbiq edilməsi ilə müşayət olunan qeyri-qanuni istintaq metodlarından istifadə olunması, qanun qüvvəsini almış cinayət işləri üzrə çıxarılmış hökmlərlə sübuta yetirilmişdir.

Qanunvericilikdə bu, qanun qüvvəsini almış hökmlər üzrə yeni açılmış hallar hesab olunur və AR CPM-nin 73.3., 78.5 və 461-467-ci maddələrinin tələblərinə görə həmin cinayət işlərinin, AR. Ali Məhkəməsinin Plenumu tərəfindən ləğv edilərək, yenidən məhkəməyə və istintaqa qaytarılması üçün əsasdır. Deməli, Respublika Prokurorluğu və Ali Məhkəmə hər şeydən əvvəl, 2017-2018-ci illərdə qondarma casusluq ittihamları ilə məhkum edilmiş şəxslərin cinayət işləri üzrə çıxarılmış hökmləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna çıxarmaqla ləğv etdirməli, həbsdə olan şəxslərin azad olunmasını və yenidən qanuni istintaq aparılmasını təmin etməlidir.

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın