“Tərtər” hadisələri yenidən araşdırılsın

 

 

 

Hörmətili xalqım, sizlərə bu gün Azərbaycan ordusunda Aprel döyüşlərindən sonra baş verən işgəncələrdən danışmaq istəyirəm.Söhbət xalq arasında “Tərtər” adı ilə tanınan hadisədən gedir. Qurban Məmmədovun təqdimatında “AzerFreedom TV youtube” kanalında, bu hadisələrin real iştirakçısı olan Ağayev Vasif Vahid oğlunun başına gələnləri zülümləri sizlərlə bölüşmək istəyərdik. “Tərtər” hadisələrinin iştirakçısı olmuş Ağayev Vasif, qanunsuz olaraq 1 ay 20 gün müddətinə həbs edilmiş və işgəncələrə məruz qalmışdır. Həbsdə olduğu müddətdə verilən işgəncələrin təsirindən yaddaşını və sağlamlığını itirmişdir. Onun sözlərinə görə, 1 ay 20 gün ağır işgəncədən sonra ona günahsız olduğunu bildirmişlər. Sağlamlığını itirmiş hərbiçimizin vəziyyətinin çox ağır olduğunu kadrlarda da görmək olur. Günahsız olduğu məlum olduqdan sonra belə dövlət tərəfindən heç bir kompensasiya ödənilməmişdir.

“Tərtər” hadisələri bir neçə günahsız hərbiçimizin həbsi və ölümü ilə nəticələndi. Bunun bir nömrəli səbəbkarları Hərbi Baş Prokuror Xanlar Vəliyev və həmin vaxt Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovdur. Sizlərlə dəqiq mənbələrdən alınmış bir məlumatı da bölüşmək istərdim. Aprel döyüşləri zamanı Azərbaycan ordusu Füzuli rayonunun mərkəzinə kimi daxil olmuşlar.

 

Nəcməddin Sadiqovun xainliyi nəticəsidə isə əsgərlərimiz mühasirəyə düşərək şəhid olmuşlar. Bu xainliyi aradan qaldırmaq üçün süni “Tərtər” hadisəsi yaradılır. Həmin hadisədən illər keçsə də, həbs edilən və döyülərək öldürülən əsgərlərin nə xain, nə də erməni agenti olduğu sübut edilməmişdir.

Bu işdə Xanlar Vəliyev Baş Prokuror kimi Nəcməddin Sadıqovun əmrlərini yerinə yetirmişdir. Dəfələrlə “Tərtər” hadisələri zamanı həbs edilən və ödürülən əsgərlərin ailə üzvləri istintaq işlərinin açılmasını istəsələr də, hərzamankı kimi cavabsız qalmışdır. Biz bu işdə sadəcə bunu gördük, xainlik adı ilə həbs edilib döyülərək öldürülən, vətən oğullarımız sonradan günahsız olduğu sübut olundu. Tələbimiz budur ki, “Tərtər” hadisələri yenidən araşdırılsın.

Mikayıl Əsədov.

 

Bunu paylaş: