Tərtər genosidindəki ağla sığmaz işgəncə növləri

 

Azərbaycan Respublikasının hakimiyyəti insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiya ilə üzərinə götürdükləri öhdəlikləri pozmaqda davam edir. Şərti olaraq “Tərtər1767” -dövlət terroru adlandırdığımız işdə konvensiyanın ikinci və üçüncü maddələrinin pozulması barədə faktlar:
— 11 nəfər hərbi qulluqçunun öldürülməsi. Öldürülənlərin sayının artması istisna deyil.

1.MAXE Mehman Hüseynov. 1 may 2017-ci ildə saxlanılıb. 8 may 2017-ci ildə qətlə yetirilib.

2. Gizir Səxavət Bünyadov. 8 may 2017-ci ildə saxlanılıb. 16 may 2017-ci ildə qətlə yetirilib.

3. Polkovnik – leytenant Saleh Qafarov. 4 may 2017-ci ildə saxlanılıb. 13 may 2017-ci ildə qətlə yetirilib.

4. MAXE Elçin Quliyev. 3 may 2017-ci ildə saxlanılıb. 6 may 2017-ci ildə qətlə yetirilib.

5. Leytenant Təmkin Nizamioğlu. 4 may 2017-ci ildə saxlanılıb. 13 may 2017-ci ildə qətlə yetirilib.

6. Əsgər Dayandur Əzizli. 12 may 2017-ildə saxlanılıb. 20 May 2017-ci ildə qətlə yetirilib.

7. Kapitan Süleyman Kazımov. 4 may 2017-ci ildə saxlanılıb. 7 may 2017-ci ildə qətlə yetirilib.

8. MAXE Elxan Ağazadə. 1may 2017-ci ildə saxlanılıb. 11 may 2017-ci ildə qətlə yetirilib.

9. Leytenant Elçin Mirzəliyev. 7 may 2017-ci ildə saxlanılıb. 25 may 2017-ci ildə qətlə yetirilib.

10.Gizir Ruslan Ocaqverdiyev. 16 iyun 2017-ci ildə saxlanılıb, elə həmin gün də qətlə yetirilib.

11. Baş leytenant Adil Sabirli. 6 may 2017-ci ildə saxlanılıb. 7 may 2017-ci ildə qətlə yetirilib.

 

Bu siyahı tam deyil. Qətlə yetirilənlərin sayı gat-gat çoxdur. Çünki hakimiyyət tərəfindən o vaxt baş vermiş hadisələr və materiallar cəmiyyətdən gizli saxlanıldığı üçün öldürülənlərin sayını hələ də dəqiq müəyyənləşdirmək mümkün olmayıb.
Şərti olaraq “Tərtər1767”-dövlət terroru adlandırdığımız işdə əsgər və zabitlərimizə verilən işgəncələri sizlərə xatırlatmaq istəyirəm:
–1.Taxta, plastmas, dəmir alətlərlə döymə.

2. Bütün əsgər və zabitlərin soyundurularaq bir-birinin yanında lüt saxlanılması.

3.Daxili orqanların zədələnməsiylə nəticələnmiş təpik və küt alətlərlə döymə.

4. Günlərlə ac-susuz saxlama.

5. Əl-ayaq dırnaqlarını çəkilməsi.

6. Dırnağ altına iynə, mıxca, taxta parçası və.s yeridilməsi yolu ilə ağrı vermə.

7. Çəkilmiş dırnaqların yerindən elektrik cərəyanının verilmə.

8. Ayaqlarından asılmaqla başını su dolu qablara salıb boğma.

9. Su əvəzinə sidik içirmə.

10. Təbii ehtiyaclarını ödəməyə günlərlə imkan verməməklə insanların nəcis və üfünət içində saxlanması.

11. Bir cox əsgər və zabitlərin arxa dəliyinə, anus deşiyinə lom, dəmir alətlər, taxta reykaları və ayaq yeritməklə daxili orqanların sıradan çıxarılması ilə ölümünə səbəb olma.

12. 5 litrlik su qablarından ağzına su tökməklə qarnından təpiklə basıb insanlara boğulma hissi yaşatma.

13. Ağız və burunu nəm əski parçasıyla örtərək üstünə sü tökməklə nəfəs almasını cətinləşdirib boğulma hissi yaratma.

14. İnsanların dişlərinin dəmir əşyalarla sındırılması və çəkilib atılması. Bir xadimənin verdiyi məlumata görə işgəncə yerindən bir 10 litrlik vedrə diş toplanmışdı.

15. Bir cox əsgər və zabitlərin başqalarının gözü qarşısında zorlanması. Bir şahidin verdiyi ifadəyə görə belə zorlamaların biri yerə Azərbaycan Respublikasının yerə sərilmiş bayrağı üzərində olub.

16. Bütün əsgər və zabitlərin bədənlərinin müxtəlif nahiyələrindən, ağız boşluğundan çıxarılmış diş yerlərindən, dırnaqları çıxarılmış barmaq uclarından, cinsiyyət orqanlarından, arxa dəliyindən və.s elektrik ötürmə.

17. Əsgər və zabitləri lüt soyundurub bir-birindən yapışmağa məcbur etməklə, qatar formasında birinci və sonuncu əsgərə elektrik cərəyanı qoşmaqla kütləvi işgəncə vermə.

18. İnsanların komaya düşənədək döyülməsi, elektrikə verilməsi. Bəzi zərərçəkənlər üç ayadək komada olduqlarını deyirlər.

19. Müalicə adıyla aparıldıqları hospitalda(hərbi hospital) günlərlə əlləri və ayaqları çarpayıya bağlı vəziyyətdə saxlama.

20. İşgəncə məkanlarının birindən digərinə aparılması zamanı, insanların lüt yarıçılpaq vəziyyətdə yük maşınlarına üst-üstə yığılması.

21.Beton, daş və asfalt səddə sürümə.

22. Əlləri arxadan bağlı olmaqla günlərlə başı divara tərəf diz üstə oturtma.

23. İşgəncə məkanlarının ikinci-üçüncü mərtəbələrindən, əlləri və ayaqları bağlı vəziyyətdə asfalt və ya daş döşənmiş yerlərə atılma. (Bu metodla iki yüksək rütbəli zabitin öldürülməsi barədə şahid ifadələri var. )

24. Zərərçəkmişlərə məlum olmayan iynələrin vurulması ilə sağlıq problemlərinin, xüsusilə də yaddaşsızlığın yaradılması və zəhərli iynələrlə öldürmə.

25. Saxlanılan əsgər və zabitlərin bir çoxunun həyat yoldaşına, eləcə də azyaşlı uşaqlarına fiziki, psixoloji təzyiqlərin göstərilməsi.

26. Arxa dəliyindən və ağızından elektrikə qoşmaqla ağız boşluğunda lampa yandırmaq və lampa partlatmaq.

27. Kamera qarşısında cinsiyyət orqanlarını zərərçəkmişlərin ağzına soxmaq, onları zorlamaq və müxtəlif alçaldıcı hərəkətlər etmək.

28. Oğlu atanın başına sidiyə getməyə məcbur etmək.

29. Bədənin müxtəlif yerlərindən kəlbətinlə ət qoparmaq.

30. Avtomatın şompulu ilə bədənin müxtəlif yerlərinə düşmə.

31. Lüt vəziyyətdə ilanlı və tikanlı sahəyə atmaqla ilana caldirmaq.

32. Kəsici və deşici alətlərlə ağzını cırmaq.

33. Plastik qabı yandırıb ondan axan mayeni bədənin müxtəlif yerlərinə damızdırmaq.

Ordumuza qarşı bu qeyri – insani hərəkətləri edənlər hələ də öz vəzifələrindədirlər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın