Tərtər faciəsinə niyə obyektiv hüquqi qiymət verilmir?

 

Tərtərdə Azərbaycan əsgərinin başına gətirilən amansız, dünyanın heç bir yerində rast gəlinməyən işgəncə üsullarından istifadə edilməklə törədilən cinayətin açılmaması, ortada olan dəmir sübutlara obyektiv, hüquqi qiymətin verilməməsi, törədilən cinayətin sifarişçilərinin, icraçılarının hələ də cəzalandırılmaması, bizə bir daha onu deməyə əsas verir ki, ölkədə hüquq-mühafizə, müstəqil məhkəmə sistemi yoxdur, o qanunlarla yox, siyasi sifarişlə işləyir və bir nəfərin də idarəsinə tabedir.

Belə olmasaydı, ən azından baş prokurorluq Azerfreedom tv-nin apardığı ictimai araşdırmalar nəticəsində ortaya çıxan yeni hallarla bağlı hüquqi qiymətin verilməsi üçün sərbəst şəkildə araşdırmalara başlamalı idi və bu qanunun tələbi idi, təəssüflər olsun ki, nəinki qanunun tələbi icra olunmadı, heç formallıq, görüntü xatirinə belə qanunun tələblərinə əməl etmədilər.

Görünür, hərbçilərimizə qarşı törədilmiş bu amansız cinayət siyasi motivlərə bağlıdır və ölkə xaricindən əvvəldən razılaşdırılmış planlama üzrə həyata keçirilib.Cinayətin obyektiv araşdırılması da həmin yerindən verilməlidir. Əksini düşünən varsa buyursun…

Fikrət Cəfərli.

Bunu paylaş:

Bir cavab yazın