“Tərtər 1767” genosidi: Xanlar Vəliyev etiraf etdi

 

Aylardır ki, “AzerFreedom TV YouTube” kanalında Məmmədov Qurban Cəlaloğlunun təqdimatında, Azərbaycanın tarixində ən böyük “genosid” lərdən biri olan “Tərtər 1767” “Tərtərə ədalət” adlı istintaq işi davamlı aparılmaqdadır. 2017- ci ildə təxminən 4000 – ə (istintaqa hələ 1767 nəfər bəllidir) yaxın əsgər qanunsuz olaraq, hakimiyyətin xüsusi xidmət orqanları və bəzi generallar tərəfindən “xain” adı altında şərlənərək işgəncəyə məruz qalmışlar. Bunun nəticəsi olaraq 13 nəfər (hələlik) hərbçi günahsız işgəncə nəticəsində döyülərək öldürülmüş, 25 nəfər hərbçi günahsız 9 ildən 15 ilədək həbs edilmiş, minlərlə hərbçi isə işgəncə nəticəsində ömürlük şikast edilmişdir. Zərərçəkənlər və yaxınları dəfələrlə Ali Baş Komandan İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevaya Tərtərdə hərbi hissədə baş verən bu genosidlə bağlı məktublar göndərsələr də, hərzamankı kimi cavab nəticəsiz qalmışdır.

“Tərtər 1767″qətliamının Azərbaycan hakimiyyətində olan böyük bir kriminal mafiyanın əli ilə baş verdiyini deyə bilərik. Bu barədə məlumatı olanlar bilir ki, “Tərtər 1767” genosidində, qəhrəman zabitlərimizə, bir daha qeyd edirəm ki, qəhraman zabitlərimizə qarşı hakimiyyətin kriminal çətəsi hərəkətə keçmişdir. O, zabitlərimiz ki, 2016 – cı ildə, 4 günlük aprel döyüşlərində, düşmənə qan uddurmuşlar.

“Tərtər Genosidi” nin üstündən 4 il keçməsinə baxmayaraq, Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev (Valyev), mətbuata açıqlama verərək özlərinə xas, “AzerFreedom” ailəsinin üzvlərinə və onun lideri Qurban Məmmədova qarşı təxribatçı çıxışlar etmişdir.
Həmişə olduğu kimi, Azərbaycan hakimiyyətinin əlində bir zurna və avaz vardı; Kim xarici ölkədə yaşayırsa, haqq sözün deyirsə, o erməni kəşfiyyatı ilə işləyir. Bu məsələdə Xanla Vəliyevə demək istərdim yaxşısı budur ki, “AzerFreedom” ailəsi və hakimiyyətin genetik qanlarını yoxlasaq, kimin erməni olduğunu və yaxud da ermənilərə işlədiyini dəqiq görə bilərik.
Sonra Xanlar Vəliyev istintaqda 100 nəfərin olduğunu qeyd edir. O, anlamır ki, “AzerFreedom” kanalına “Tərtər Genosidi” ilə bağlı müraciət edənlər gündən – günə artmaqdadır və bəzilərinə isə İlham Əliyevin hakimiyyətinin təzyiqləri vardır.

Hərbi Baş Prokuror XANLAR VƏLİYEV ETİRAF EDİB Kİ, “TƏRTƏR 1767” HADİSƏLƏRİ ZAMANI GÜNAHI OLMAYAN HƏRBÇİLƏRƏ DƏ, İŞGƏNCƏ VERİLMİŞDİR . Yaxşı belə bir sual ortaya çıxır, əgər belədirsə, niyə hələ də Azərbaycan hakimiyyəti tərəfindən günahsız yerə işgəncə görən hərbçilərimizə və onların yaxınlarına dövlət təzminatı ödənilməyib?. Minlərlə qəhrəman hərbçimizə günahsız yerə xain damğası vurmaq isə, belə asandırmı ?.
Hakimiyyətdə oturmuş məmurlar görün nə qədər, qudurmuş mafiyadırlar ki, öz günahlarını etiraf etmək istəmirlər. Hətta arsız kimi, “AzerFreedom” ailəsi və onun lideri Quban Məmmədova qarşı təxribat törədirlər. Sonda isə, adını Hərbi Baş Prokuror qoymuş şəxsin “Tərtər 1767” ilə bağlı çıxışında görə bilərik ki, onun jurnalistlər qarşısına çıxması yalnız, xalqı sakitləşdirməyə və “AzerFreedom” ailəsi və onun lideri Məhəmməd Qurban Cəlaloğluna qarşı təxribat məqsədi güdür.

Xatırladaq ki,” Tərtər Genosidi” – ni ilk araşdıranlardan hüquq müdafiəçisi Oqtay Gülalıyev və

Şərq-Qərb Analitik Mərkəzinin rəhbəri Ərəstun Oruclu olmuşdur. Oqtay Gülalıyev hakimiyyətin təxribatı nəticəsində illərdir koma vəziyyətindədir. Ərəstun Oruclu isə hakimiyyətin təzyiqləri nəticəsində xarici ölkələrin birində mühacirətdə yaşamaqdadır.

Mikayıl Əsədov.

 

 

 

Bunu paylaş:

Bir cavab yazın