“Tərtər 1767” cinayətinə səsini çıxarmayan İlham Əliyev niyə bir ağaca görə bu qədər narahat olub?

Bakıda Bülbül prospekti 18-30 ünvanında qanunsuz olaraq ağacların kəsilməsi və yerinə avtomobil dayanacağı yaradılması demək olar ki, bütün Azərbaycanı ayağa qaldırmışdır. Nəticədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işə qarışıb və həmin yol səddi ilə piyada yolu yenidən bərpa edilmişdir. Bunum əsasında isə, qanunsuzluq edənlər 5000 manat cərimə edilmişlər.

Qeyd edək ki, sizlərlə bu hadisə barədə danışmağımızın səbəbi başqadır. Bilirəm, maraqlı deyil kim qanun pozub, niyə edib və s
Belədi ki, Azərbaycandır və ölkədə bir qanun işləyir — pulunu ver, istədiyini et!!!
Bu gün İlham Heydər oğlu Əliyevin yaratdığı sistem onsuz da rüşvət, korrupsiya, məmur özbaşınalığı, qanun pozuntuları üzərində qurulub. Yəni ağacların qırılması və yerinə yaşayış və qeyri – yaşayış yerlərinin salınması bizlər üçün normaldır. Burada heç bir qeyri – adi hadisə yoxdur. Onsuz da ölkədə hər gün minlərlə ağac məhv edilir… Bir sözlə, təəssüflük hissi keçirməyə dəyməz.

Bizi maraqlandıran məsələ bir ağacın qırılmasına yerindəcə verilən göstərişdir.
Sözümüzün canı budur ki, bir ağaca dərhal reaksiya verən ölkə başçısı, artıq 5 ildən çoxdur ki, Tərtərdə baş verən əsgər ölümlərinə qarşı biganədir.
“Tərtər 1767” minlərlə qəhrəman əsgərlərimiz işgəncə görüb, 13 nəfər vəhşicəsinə öldürülüb, 25 nəfər isə ömürlük və yaxud 9 ildən – 15 ilədək həbs edilib.
Niyə İlham Əliyev hələ də susur?
Döyulən, elektrik cəryanına verilən, butulka üzərində otuzdurulan hərbçilərimizin dəyəri bir ağac qədər olmadımı?. Yoxsa həmin hərbçilərin ana və bacılarının, yaxınlarının zorlanması sizlərdə bir qeyrət – namus hissi oyatmadımı?


Çox təəssüf ki, bu gün cəmiyyətimizdə bir çoxları elə İlham Əliyev və hakimiyyəti kimi düşünənlərdir. Yaxşı olardı ki, bir ağacın kəsilməsinə canfəşanlıq edənlər çönüb bir arxaya baxsınlar. Ən azından “Tərtər 1767” qətliamını gözlərinin qarşısına gətirsinlər. Əgər bir hərbçisinin qədrini bilmirsə, o lider və cəmiyyət heç bir zaman flora və faunasının qədrini bilməz. Çox təəssüf olsun ki, bu gün ölkəmizdə belə bir mənzərənin şahidi oluruq. Çox təəssüf ki, bir ağacın dəyəri minlərlə hərbçimizdən, vətən oğullarından, qəhrəmanlarımızdan, tariximizdən, nəhayət şərəf və ləyaqətimizdən üstündür!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın