“Tərtər 1767” cinayətinə biganə qalan Kamran Əliyev, nədənsə “dövlətçilik”dən danışır

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev maraqlı açıqlama ilə yadda qalmışdır. O, yeni qanuna əsasən media orqanlarına qarşı cinayətin açılmasının hansı şəraitdə və nə səbəbdən olduğuna aydınlıq gətirib. Baş Prokurorun sözlərinə görə “dövlətçiliyə” zərər vuran çıxış və yazı sahibləri məsuliyyətə cəlb edilməkdədir.
Onun sözlərinə görə, artıq bəzi media nümayəndələrinə bu barədə xəbərdarlıq edilmişdir.

Görünür, Baş Prokuror Kamran Əliyevin nədənsə, “dövlətçilik” məsələsi yadına düşərək onu narahat etməkdədir.
Bizə maraqlı olan məsələ isə budur ki, hansısa media orqanı nümayəndəsinin çıxışı və yazısı dövlətçiliyə nə dərəcədə təsir edər və yaxud ziyan vura bilər?
Görünür, Kamran Əliyev bildirmək istəyir ki, hakimiyyətin qanunsuz əməlləri barəsində kimsə bir fikir bildirməsin və Azərbaycan şahına kimsə söz deyə bilməz. Məsələ burasındadır ki, son vaxtlar həbs edilən media nümayəndələrinin yazısında ölkədə baş verən korrupsiya, rüşvətxorluq, insan haqlarının pozulması əks olunmuşdur.

Görünür, İlham Əliyevin media haqqında imzaladığı yeni qanun diktaturanın müasir (modern) formasıdır.

Əgər Kamran Əliyevi dövlətçilik narahat edirsə, “Tərtər 1767” cinayətinin istintaqının düzgün gedişatına göstəriş verməlidir. İllərdir ki, dövlətçiliyimizə qarşı edilən əsl cinayətin hələ də üstü açılmamaqdadır. Sonda sözümüz bundan ibarətdir: İlham Əliyev və Kamran Əliyev bilməlidir ki, dövlətçiliyimiz Tərtər cinayəti zamanı itmişdi! Yəni rejimin dövlətçilikdən söz açması absurddur!!!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın