Tərtərə ədalət, İlham Aslanoğlu, Elvin İsayev və siyasi məhbuslara azadlıq tələb edirik!!!

 

Hörmətli oxucular, fevral ayının 16-da Azərbaycanın Nederland Krallığında yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirilmişdir. Etiraz aksiyasında iştirak edən “AzerFreedom ailəsi” nin, “Azərbaycan Xalq Hərəkatı” nın, “Azərbaycanın Xilası Partiyası” nın üzvləri “Tərtər1767” cinayətinin istintaqının aparılması, İlham Aslanoğlu, Elvin İsayev və siyasi məhbusların azadlığı, ölkədə korrupsiya, rüşvətxorluq, insan haqlarının pozulmasının baş alması, yeni “Media” qanunun qəbul edilməsinə etiraz etmişlər.

Biz Tərtər işi üzrə yeni yaradılan istintaq qrupunun işinə etiraz etməyimizin əsas səbəbi kimi bildirmək istərdik ki, bu cinayətdə əli olan Hikmət Həsənov, Xanlar Vəliyev, Nəcməddin Sadıqov, Zakir Qaralov, Zakir Həsənov və bu kimi dövlət məmurları hərbçlərimizə qarşı qanunsuz olaraq amansız işgəncələr versələr də, İlham Əliyev hələ də onların azadlıqda olmalarına göz yumur.

Etiraz edərək bildirmək istərdik ki, “AzerFreedom ailəsi” nin üzvü İlham Aslanoğlunun Tərtər cinayətinin açılmasında əvəzsiz rolu olduğu üçün, İlham Əliyev və hakimiyyəti tərəfindən şərlənərək 5 ay müddətinə həbs edilmişdir.
Etiraz aksiyamızın məqsədi bundan ibarətdir ki, niyə qatı cinayətkarların ( H, Həsənov, N, Sadıqov, X.Vəliyev, Z.Həsənov, Z. Qaralov kimi şəxsiyyətsizlər) azadlıqda olduğu bir vaxtda, İlham Aslanoğlu həbs edilir?

Görünür, ölkə başçısı bununla öz niyyətini göstərməyə çalışır. Təbii ki, hər kəs bilir ki, İlham Aslanoğlu şərlənərək həbs edilib və bununla rejim “AzerFreedom ailəsi” ni dayandırmağa çalışır. Lakin anlamalıdırlar ki, heç bir zaman xalqa qalib gələ bilməyəcəklər.

Etirazın digər nöqtəsi isə, Azərbaycanda yaradılan yeni “Media” qanunu ilə bağlı idi. İlham Əliyev rejimi bu qanundan istifadə edərək yeni, media monopoliyası yaratmış oldu. Bununla da media işçiləri fikir bildirmiş və yazmış olsalar, yalnız rejimdən icazə almalıdırlar.

Bir sözlə, aksiyada ölkə daxilində baş vermiş bütün cinayətlərə etiraz edərək, İlham Əliyev və hakimiyyətini tam tərkibli istefaya səsləyirik!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın