Tərlan Məmmədov kimi həkimlərimiz, niyə vətəndən kənardadırlar ?

Türkiyədə korono virusun dərmanını tapan həkim əslən azərbaycanlı Akdeniz Universitetinin professoru Tərlan Məmmədovdur.
Bir müddət əvvəl Tərlan Məhəmmədov bu ixtiranı heyvanlar üzərində edərək müsbət cavab almışdır. Bu gün Azərbaycan həkimlərinin bir qismi İsrail, Rusiya, İran, Türkiyə, Amerika, Almaniya kimi ölkələrin uğurları üçün çalışırlar. Hakimiyyətin yürütdüyü siyasət nəticəsində səhiyyə işçiləri xarici ölkələrə üz tuturlar. Azərbaycanda isə, həkimlərin maaşları 200-250 manat olduğundan səhiyyə işçiləri ya ölkədə qalaraq rüşvətlə yaşamalı, ya da Telman Məmmədov kimi xarici ölkələrə üz tutmalıdırlar. İllərdir Azərbaycan həkimləri dünyada sayılıb seçilənlərdən olmuşlar. Çox heyif ki, indi savadlı həkimlər başqalarının sağlamlığı üçün çalışırlar.Bizim zavallı xalqımız isə müalicə üçun xaricə gedib ətək-əyək pul tökürlər.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: